Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(5-135)-50/2026 20.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - icra məmuru Yaşar Mahayevin, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs, Fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Qax rayonu, Güllük kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Qax rayonu, Güllük kəndində qeydiyyatda olmaqla yaşayan - Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Qax rayon icra və Probasiya Şöbəsinin böyük icra məmuru Yaşar Mahayev tərəfindən borclu Şəxs barəsində MN ******* №li, 20 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon icra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev izahat verərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin e-2(024)-770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Qax Rayon Məhkəməsinin e-16(024)- 38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ödənilmiş məbləğlər nəzərə alınmaqla 12 may 2015-ci il təvəllüdlü X5, 30 dekabr 2016-cı il təvəllüdlü X6, 23 iyun 2018-ci il təvəllüdlü X3, 14 dekabr 2020-ci il təvəllüdlü X4, 07 may 2022-ci il təvəllüdlü X7 və 16 aprel 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.25 misli, 25 faizi həddində (hazırkı dövrdə 100 manat) sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Alimentin tutulması 06 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra sənədləri xx.xx.2025-ci il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. İcra vərəqəsinin tələbi borclu tərəfindən könüllü olaraq, qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyindən, icra vərəqəsinin icrasını məcburi təmin edilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri “Elektron icra” sistemi vasitəsi ilə araşdırılmış, nəticədə borcluya məxsus tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya gəlir aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya Qax rayon icra və probasiya şöbəsinə gəlməsi üçün çağırış göndərilmiş borclu çağırışlara gəlməməsi səbəbindən borclunun yerinin müəyyən edilməsi və Qax rayon icra və probasiya şöbəsinə gətirilməsi barədə məktub Qax rayon Polis şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2026-cı il tarixdə Qax rayon icra və probasiya şöbəsinə olmuş ondan müvafiq qaydada izahat alınmış yaranacaq məsuliyyət diqqətinə çatdırılmışdır. Növbəti xəbərdarlıqdan sonra borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimat göndərilmiş və Qax rayon Məhkəməsinin 8(024)-17/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadıyla təqdimat təmin edilmişdir. Borclu xx.xx.2026-ci il tarixdə Qax rayon icra və probasiya şöbəsində olmuş ondan müvafiq qaydada izahat alınmış, borclu izahatında yaranmış 2000 manat aliment borcunu iş olduqdan sonra hissə hissə ödəyə biləcəyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə Qax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək yaranmış 2000 aliment borcun yarandığını və borclu barəsində inzibati və digər qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Yenidən borcluya icra sənədi üzrə qeyd olunan aylıq aliment pulunun və yaranmış aliment borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin olunmamışdır. Hal-hazırda Qax Rayon Məhkəməsinin e-2(024)-770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu 2000 manat təşkil edir. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun iş yeri yoxdur. 600 manat alimenti 300-400 manat maaşla ödəyə bilmir. Uşaqlarının taleyini fikirləşir. İndiyədək 400 manat ödəniş etmişdir. Hazırda işsiz olduğu üçün borcunu ödəmək imkanında deyil. O borcunu iş olandan sonra ödəyə bilər. Məhkəmədən borcun ödənilməsi üçün vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu aliment məbləğindən 400 manat ödəniş etmişdir. O uşaqları ilə görüşmür və pulu olsa da qəsdən ödəmir. Uşaqların ikisi məktəbə gedir. Maddi cəhətdən çox pis vəziyyətdədir, pulu ödənilməsini istəyir. Məhkəmədən borclu X8 barəsində həbs cəzasının verilməsini xahiş edir. Məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərmişdir ki, Şəxs həyat şəraiti ağır olduğu üçün, alimenti ödəyə bilmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və araşdırılmış sənədlər: -MN ******* №li, 20 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Qax rayon Məhkəməsinin 2(024)-770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icrası üçün bildiriş verilmişdir. - Qax Rayon Məhkəməsinin e-2(024)-770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Qax Rayon Məhkəməsinin e-16(024)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ödənilmiş məbləğlər nəzərə alınmaqla 12 may 2015-ci il təvəllüdlü X5, 30 dekabr 2016-cı il təvəllüdlü X6, 23 iyun 2018-ci il təvəllüdlü X3, 14 dekabr 2020-ci il təvəllüdlü X2, 07 may 2022-ci il təvəllüdlü X7 və 16 aprel 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər usaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.25 misli, 25 faizi həddində (hazırkı dövrdə 100 manat) sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Alimentin tutulması 06 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. - Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli məktubuna əsasən borclu Şəxs yerinin müəyyən edilməsi üçün Qax rayon Polis şöbəsinə müraciət edilmişdir. - xx.xx.2025-ci il və xx.xx.2026-ci il tarixli ödəniş qəbzinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 400 manat məbləğində aliment ödəmişdir. - Qax rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli Qəradadına əsasən borclu Şəxs ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borc məbləği ödənilədək müvəqqəti məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişəri tam icra etməməsi və icra idarəsinə gəlməkdən yayınması icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli plenum qərarında göstərilmişdir ki, “...məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir...”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi ilə müəyyən etmək olar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 cə 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından vəkil hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, «10» (on ) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli «20» fevral 2026-cı il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icra olunması Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Hüquqi xidmətə görə müdafiəçi Vəkil iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************) Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş Qax rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Asim Mirzəzadə
Məhkəmə qərarları › İş №3(5-135)-50/2026
Qax Rayon Məhkəməsi Qərar — İş №3(5-135)-50/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver