Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-197/2026 19.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ X14 İbrahim qızının sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin İX Tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X5 iştirakları ilə, X10 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş X17 İdarəsinin xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. X10 həmin qərardan şikayət vermişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Qazax rayonu Daş Salahlı kəndinin Qazaxbəyli kəndi tərəfindən çıxışında idarə etdiyi Chanqan Uni Z minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın onun tərəfindən törədilməsi barədə İX Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X7 tərəfindən İXP7574233 nömrəli elektron protokol tərtib edilmişdir. X8 Məcəlləsinin tələblərinə əməl edilmədən tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin protokolun tərtib edilməsi qaydalarını özündə əksə etdirən 101.1-ci maddəsində "İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir" tələbi var. Yol patrul xidməti əməkdaşı avtomobilini xx.xx.2025-ci il tarixdə səhər saat 09:30 radələrində təhlükəsizlik kəmərindən istifadə etmədiyini əsas gətirərək dayandırsa da, ona verdiyi qanuni cavablara görə qəzəblənib ona spirtli içki içərək avtomobil idarə edən sürücü adı vermişdir. Şəffaflığı təmin etmədən apardığı alkotest nəticələrini ona göstərmədən spirtli içki qəbul etdiyini demişdir. Daha sonra Ağstafa rayon Mərkəzi Xəstəxanasında heç bir tibbi müayinə aparılmadan yol patrul xidməti əməkdaşına aid alkotest aparatı ilə (aparatın necə hazır vəziyyətə gətirildiyi ona göstərilmədən, həkim tərəfindən ad soyadı soruşularaq qeydiyyat aparılan zaman, başının qarışdığından istifadə edildiyi, yol patrul xidməti əməkdaşı ona alkotesterə nəfəs üfürməyini tələb etmiş) ona alkoqoldan istifadə etmiş sürücü diaqnozu qoyulmuş (Əslində isə alkotesterin birdəfəlik ağızlığının örtüyü aşkar şəkildə, onun da müşahidəsi altında və ya birbaşa iştirakı ilə açılmalı, aparata taxılmalı, nəticəsini isə birlikdə müşahidə etməli idilər. Bunlar baş verməmiş, çünki yol patrul xidməti əməkdaşı ilk dəfə apardığı alkotest nəticələrinə görə onun vücudunda spirtli içki olmadığını görmüş, ona görə də xəstəxanada venadan müayinə üçün qan nümunəsi götürülməli, alkotesterin nəticələri isə ondan gizlədilmişdir). Yol patrul xidməti əməkdaşının onun spirtli içki qəbul etdiyini dəqiqləşdirmək istiqamətində apardığı araşdırma bununla başa çatmışdır. AR İXM-nin tələblərinə görə bundan sonra dərhal protokol tərtib edilməli idi, edilməmiş, Məcəllənin tələbləri pozulmuşdur. Yol patrul xidməti əməkdaşı protokol tərtib etmək üçün kimi və ya nəyi gözləyirmiş, bilinmirmiş. xx.xx.2025-ci il tarixdə səhər saat 09:30 radələrində spirtli içki içmiş sürücü diaqnozu ilə yolundan edilsə də, protokol müəmmalı şəkildə yalnız onun həmin gün axşam saatlarında Qazax rayon Prokurorluğuna şikayət ünvanlamağından sonra, saat 18:23-də tərtib edilib, saxnaldığı yerdən təxminən 15-20 km kənarda, tam fərqli ünvanda elektron sistemə yerləşdirilib, ona isə növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə avtomobilini duracaqdan götürəndə imzalamağa təqdim edilib. O da qanunsuz tərtib edilmiş həmin protokolu imzalamaqdan imtina etmişdir(videogörüntü əlavə edilir). 8.11.2025-ci il tarixdə Ağstafa rayon Mərkəzi Xəstəxanasında həkim tərəfindən tibbi müayinənin aparılmadığını görəndən sonra saat 11:08-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng edib qeyd edilənlər barədə məlumat vermiş və tibbi müayinə aparılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Cavab olaraq şikayətin Baş X17 İdarəsinə yönləndirildiyi qeyd edilib. Nəticə olmadığını görüb 11:15-də, 11:55-də eyni səbəbdən 102-yə zəng edib köməklik göstərilməsini xahiş etmişdir. Bunu ona görə edirdi ki, "vaxt keçib, gün dəyişib, əgər, sən spirtli içki içmədiyinə əmin idinsə, niyə müayinə tələb etmirdin", sualına cavabı olsun, analiz verərək, əlinə doğru dürüst analiz nəticəsi alsın. Onu da əlavə edir ki, o həmin gün 8 X18 ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin təşkil etdiyi təntənəli Dövlət əhəmiyyətli tədbirdə iştirak və çıxış etmək üçün həmin tədbirin keçiriləcəyi ünvana yollanmaq məqsədilə yola çıxmış və bu zaman spirtli içki içmiş sürücü adı ilə yolundan edilmişdir. Bütün növ maneələrə baxmayaraq, Şanlı zəfəri və onu qazandıran müzəffər Ali Baş Komandanımızın xalqımız qarşısındakı misilsiz xidmətlərini vəsf etmək üçün tədbirdə çıxış etmişdir. (link:https://www.facebook.com/share/p/1FADdoehn7/). Dövlət əhəmiyyətli tədbirdə tribunada çıxış etməyə gedən şəxsin səhər yuxudan oyanıb spirtli içki qəbul etməsi də real deyil. Tədbir başa çatandan sonra saat 14:57-də yenə 102-yə zəng edib nəticə olmadığını bildirmiş və eyni cavabı almışdır. Bundan sonra şikayət ərizəsi vermək üçün taksi ilə Qazax rayon Prokurorluğuna gəlmişdir. Şənbə günü olduğu üçün mühafizə polisindən başqa heç kim yox idi. O da bildirdi ki, növbətçi hansısa araşdırma işinə baxmağa gedib, bir az gözləməli olacaq. Şikayətlərinə hələlik baxılmadığını görüb narahat olmağa başlamışdır. Saat 15:36-da yenə 102-yə zəng edib bildirmişdir ki, o alkoqollu içki içmədiyini bu gün analizlə sübut edə bilməsə, sabah bu analizi verməyinin heç bir mənası qalmayacaq, ona köməklik edilməsini xahiş etmişdir. Cavab eyni oldu: Müraciətiniz aidiyyəti üzrə Baş X17 İdarəsinə yönləndirildi. Saat 16:40 və 17:14-də də 102-yə eyni mətnli mövzu ilə müraciət etmişdir. Nəticənin dəyişmədiyini görüb yaxınların məsləhəti ilə alkotest analizi apara bildiyi haqqında məlumat aldığı Qazax rayonu ruhi əsəb dispanserinin əməkdaşı Nahidə həkimin evinə yollanmışdır. Nahidə həkim alkotest aparatı ilə onda spirtli içki olub-olmadığını yoxladı, o da prosesi və nəticəni videoqeydiyyata almışdır. Səhər saat təxminən 10:00-11:00 radələrində xəstəxanada 0.5 faiz spirtli içki içmiş adam kimi qeydiyyata alınsa da, saat 17:24-də Nahidə həkimin analizində nəticə tamamilə sıfır idi (Təkrar qeyd edir ki, bu onun yenidən analiz üçün ilk cəhdi deyildi, qaynar xəttə axşam saatlarına qədər dəfələrlə zəng vurub bu tələbini bildirmişdir.) həmin video sübutu götürüb yenidən Qazax Rayon Prokurorluğuna qayıtmışdır. 4 ədəd A4 ölçüdə vərəqdən ibarət şikayət ərizəsi yazıb, təhvil verib, oranı tərk etmişdir. Həmin şikayəti edəndən sonra isə 18:23-də elektron protokol sistemə yerləşdirilmişdir. Odur ki, heç bir xəta törətmədiyi halda, əsassız qaydada və qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş qərarı səbəbindən onun cərimə olnumağı tam ədalətsiz və əsassız hesab edir və xx.xx.2026-cı il tarixdə elektron sistemə işlənən xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin İX Tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X7 çıxışında bildirmişdir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi qaununsuz və əsassızdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərar qanuni və əsaslıdır. Belə ki X2 andan sorğu-sual zamanı 1 ay əvvəl spirtli içki içdiyini bildirsə də daha sonra alkotestrdən yoxlamadan keçirən vaxt spirtli içki qəbul etdiyi məlum olmuşdur. Bundan sonra vətəndaş X13 Rayon Mərkəzi Xəstəxanasında spirtli içki qəbul edib-etməməsinin yoxlanılması üçün dəvət edilmişdr. Yolda olan zaman vətəndaş bir gün əvvəl günorta saatlarında spirtli içki içdiyini etiraf etmiş və xəstəxanada həkim müayinəsində spirtli içki qəbul etdiyi məlum olmuşdur, ona görə də barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında verilən sualara cavab olaraq X7 bildiridi ki, X4 buraxıldıqdan sonra Qazax Rayon Prokurorluğuna və DİN-nin 102 xidmətinə mütəmadi olaraq şikayət etdiyindən araşdırma aparılmışdır, şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi 2 ay sonra mümkün olmuşdur. Eyni zamanda onu da qeyd etmişdir ki, istənilən şəxs barəsində protokol tərtib edilməzdən əvvəl vətəndaşın il ərzində təkrar olaraq inzibati məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı müvafiq araşdırmalar aparılır. Buna görə də protokol axşam saatlarında sistemə yerləşdirilmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin İX Tağım yol patrul xidməti inspektoru polis baş leytenantı Şahid ifadəsində bildirmişdir ki, Bakı Qazax yolunun 481-ci km-də vətəndaş X10 təhlükəsizlik kəmərini taxmadığına görə saxlanılmışdır. Bu zaman spirtli içki qəbul etdiyi ehtimalı olduğu üçün alkotesterlə yoxlama aparılmış və spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Lakin vətəndaş spirtli içki qəbul etmədiyini bildirmiş və etiraz etmişdir. Daha sonra da həmin şəxsi həkim müayinəsi üçün dəvət etmişlər və müayinə zamanı da alkaqoldan istifadə etdiyi aşkar olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin İX Tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində İXM-nin 329.1 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin polis polkovniki X11 tərəfindən xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X10 xx.xx.2025-ci il tarixdə saat 18:23-də “Bakı Qazax yolu 481 km” təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkaqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə X10 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, X6 müayinəsi zamanı 0,5 promil alkoqol aşkar olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş CD-diskdə əksini tapan video görüntülərdən görünür ki, X10 polis əməkdaşı tərəfindən saxlanılan zaman görüntünün 3-cü dəqiqəsindən 4-cü dəqiqəsinə qədər olan hissədə “hə dünən günorta yüngül içmişəm”ifadələrini işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, X6 məhkəməyə təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X10 xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə saat 18:23-də “Bakı Qazax yolu 481 km” təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi tələblərinə riayət etməmişdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə X10 tərəfindən qeyd olunan inzibati xətanı təkzib edən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X6 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №3(5-136)-197/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-197/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver