Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-199/2026 12.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025 nömrəli icra sənədi üzrə yaranmış 9610 manat aliment borcunu və 16079.53 manat torpaq və evin inşasına çəkilmiş xərci tələbkara ödəməmişdir. Borclu, Şəxs dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borcunu ödəməkdən yayınmış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya Şöbəsinin rəisi X3 protokolun məzmununda qeyd olunanları təsdiq edərək bildirmişdir ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Borc məbləğinin həcminin nəzərə alınmasını və qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, maddi imkanı yaxşı deyil. Rəsmi iş yeri olmadığı üçün borcunu ödəməkdə çətinlik çəkir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən borcunun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025 nömrəli icra sənədinə əsasən Şəxs 11 mart 2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cü il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025-028 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025-028 nömrəli icra sənədi üzrə göstərilən tələbin borclu Şəxs tərəfindən könüllü icra edilməsi üçün məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025 nömrəli icra sənədinə əsasən Qazax rayonu, Yuxarı salahlı kəndində yerləşən, xx.xx.2017-ci il tarixdə Qazax rayon Notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi əsasında 0.07 ha həyətyanı torpaq sahəsinin alınmasına və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin yarısını təşkil edən 16079.53 (on altı min yetmiş doqquz manat, 53 qəpik) manat pulun Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025-031 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-14/2025-031 nömrəli icra sənədi üzrə göstərilən tələbin borclu Şəxs tərəfindən icra edilməsi üçün 10 gün müddət müəyyn edilmişdir, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə, hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün tələb olunan qaydada ödəniş etməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını və hazırki vaxta olan yaranmış borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 12 fevral 2026-cı il tarixdən saat 14:50-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 12 fevral 2026-cı il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №3(5-136)-199/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-199/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver