Məhkəmə qərarları › İş №3(5-136)-206/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-206/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-206/2026 17.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X3, Zərərçəkmiş şəxslər X5 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 17 fevral 2026-cı il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 17 fevral 2026-cı il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 fevral 2026-cı il tarixdə, saat 09:30-da Qazax rayonu Yuxarı Salahlı kəndində ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, 16 fevral 2026-cı il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndin sakini X10 102 xidmətinə zəng etmiş, Şəxs barəsində şikayət etmişdir. 102 xidmətinə edilmiş şikayət əsasında daha sonra Qazax RPŞ-nin əməkdaşları onun yaşadığı evə yaxınlaşmışdır. Həmin vaxt evin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 15 fevral 2026-cı il tarixdə saat 13:00 radələrində qonşuya “lapatqa” almaq üçün getmişdir. Kəmalə İsmayılova heçnə etməmiş, zor tətbiq etməmişdir. Heç bir sübut yoxdur. Polis əməkdaşları gələn vaxt işdə olmuş, barəsində şikayət olduğunu sonradan bilmişdir. 17 fevral 2026-cı il tarixdə saat 10:00 radələrində onun yaşadığı evə polis əməkdaşları gəlmiş, onu evindən götürüb Polis şöbəsinə aparmışlardır. Rayon polis şöbəsində izahatını oxumadan imza etmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, 16 fevral 2026cı il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndin sakini X10 102 xidmətinə zəng etmiş, Şəxs barəsində şikayət etmişdir. 102 xidmətinə edilmiş şikayət əsasında daha sonra Qazax RPŞnin CAB-nin əməliyyat müvəkili Babək Həsənovla birlikdə onun yaşadığı evə yaxınlaşmış, onu Qazax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs ucadan səs-küy salaraq ictimai asayişi pozduğunu, polisin ünvanına nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, lakin Şəxs onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq, müqavimət göstərmiş, nalayiq ifadələr işlədərək küçədə səs-küy salmış, rayon polis şöbəsinə getməkdən imtina etmişdir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 zərərçəkmiş şəxs X4 izahatına uyğun izahat verərək, Şəxs şikayətçi olduğunu, ona həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, 15 fevral 2026-cı il tarixdə işdə olmuşdur. X1 evdə tək olmuşdur. Şəxs onun qonşuluğunda yaşayır. Həmin tarixdə yaşadıqları evdə arvadı tək olan zaman Şəxs hasardan keçərək arvadının yanına getmiş, ona zor tətbiq etmiş, Heç kimə deməməsi barədə hədə-qorxu gəlmişdir. Bu barədə ona yoldaşı malumat vermişdir. Daha sonra Şəxs ailə üvləri onların yaşadıqları evə gələrək üzürxaqlıq edən zaman yenidən onun evində nalayiq ifadələr işlətmişonları təhqir etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, 15 fevral 2026-cı il tarixdə saat 14:00 radələrində yaşadığı evdə yatan zaman birdən evin pəncərəsinin açıldığını eşidib yuxudan ayılmış, ayılanda qonşu Şəxs onun yatdığı otağa daxil olduğunu görmüşdür. Şəxs ona yaxınlaşaraq onu qucaqlamış və ona qeyri etiq sözlər demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, 16 fevral 2026cı il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndin sakini X10 102 xidmətinə zəng etmiş, Şəxs barəsində şikayət etmişdir. 102 xidmətinə edilmiş şikayət əsasında daha sonra Qazax RPŞnin CAB-nin əməliyyat müvəkili Babək Həsənovla birlikdə onun yaşadığı evə yaxınlaşmış, onu Qazax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs ucadan səs-küy salaraq ictimai asayişi pozduğunu, polisin ünvanına nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, lakin Şəxs onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq, müqavimət göstərmiş, nalayiq ifadələr işlədərək küçədə səs-küy salmış, rayon polis şöbəsinə getməkdən imtina etmişdir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 zərərçəkmiş şəxs X4 izahatına uyğun izahat verərək, Şəxs şikayətçi olduğunu, ona həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR-sı ƏƏSMN mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 fevral 2026-cı il tarixli, 10/2026 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıqdır, lakin alkoqol içksinin qalıq əlamətləri gəlir. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri izahatlar və digər iş materialları ilə ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-cı maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə internet saytından xidmət orqanlarının idarəsinə aiddir, səlahiyyətli orqanlar tərəfindən idarə olunan müəssisənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində verilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs iş üzrə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasınıda nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 fevral 2026-cı il tarixdən, saat 10:20-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar