Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-221/2026 25.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Qazax rayonu Məzəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu, Məzəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 25 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-90/2022 nömrəli icra sənədi üzrə yaranmış 8500 manat aliment borcunu tələbkara ödəməmişdir. Borclu Şəxs dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borcunu ödəməkdən yayınmış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya Şöbəsinin icra məmuru X5 protokolun məzmununda qeyd olunanları təsdiq edərək bildirmişdir ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Borc məbləğinin həcminin nəzərə alınmasını və qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, özünü təqsirli bilir, lakin zərərçəkənin bütün problemlərini həll edir, köməklik göstərir. O, qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəxs yemək və paltarların alınmasında köməklik etmir. Evin sənədi anasının adınadır, lakin evi o tikibdir. Alimentin ödənilməsini tələb edir , onun taksi fəaliyyəti ilə məşğul olduğunu bildirərək ödəniş olmayacağı təqdirdə həbs olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-90/2022 nömrəli icra sənədinə əsasən Şəxs 03 iyun 2009-cu ildə anadan olmuş Vüsalə, 09 mart 2012-ci ildə anadan olmuş Mələk və 09 yanvar 2017-ci ildə anadan olmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları uçün Şəxs 09 sentyabr 2021-ci ildən başlayaraq ayda hər uşaq üçün 130 manat, cəmi 390 manat pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-90/2022 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-90/2022 nömrəli icra sənədi üzrə göstərilən tələbin borclu Şəxs tərəfindən könüllü icra edilməsi üçün məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-90/2022 nömrəli icra sənədi üzrə göstərilən tələbin borclu Şəxs tərəfindən könüllü icra edilməsi üçün məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-90/2022 nömrəli icra sənədi üzrə göstərilən tələbin borclu Şəxs tərəfindən könüllü icra edilməsi üçün məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə, hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün tələb olunan qaydada ödəniş etməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını və hazırki vaxta olan yaranmış borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 25 fevral 2026-cı il tarixdən saat 16:30-dan hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 fevral 2026-cı il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №3(5-136)-221/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-221/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver