Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-222/2026 25.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonu, Barxudarlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 25 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-345/2021 nömrəli icra sənədi üzrə yaranmış 4680 manat pul borcunu tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)- 345/2021 nömrəli icra sənədi 18 fevral 2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, icra sənədinə əsasən Şəxs 17 avqust 2016-cı ildə anadan olmuş Nuray adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 dekabr 2020-ci ildən başlayaraq ayda 120 (bir yüz iyirmi) manat miqdarında aliment alınaraq Nuranə Fariz qızının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Şəxs borcun ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə borcun tam şəkildə ödənilməsini tələb edirlər. Hazırda borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 4680 manat məbləğində aliment borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayon məhkəməsinin qətnaməsi üzrə yaranmış borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Bundan başqa ölkə hüdudlarından kənarda Rusiya Federasiyasının ərazisində olmuşdur. Orada olan zaman bir neçə dəfə ödəniş etmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs son 3 ildə aliment borcundən heç bir ödəniş etməmiş, uşaqların saxlanılmasında bütün yük onun üzərində düşdüşdür. Aliment borcunu ödəmədiyindən onun barəsində axtarış və məcburi gətirmə barədə qərarlar qəbul dilmiş amma yenədə ödənişlər etməmişdir. Borcun tam ödənilməsi tələb edir, ödənilmədiyi təqdirdə həbs olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-345/2021 nömrəli icra sənədinə əsasən Şəxs 17 avqust 2016-cı ildə anadan olmuş Nuray adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 dekabr 2020-ci ildən başlayaraq ayda 120 (bir yüz iyirmi) manat miqdarında aliment alınaraq Nuranə Fariz qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-345/2021 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-345/2021 nömrəli icra sənədini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-345/2021 nömrəli icra sənədini üzrə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 barəsində Qazax RPŞ-də xx.xx.2024-cü il tarixdə 460689 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hazırki vaxtadək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün tələb olunan qaydada ödəniş etməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını və hazırki vaxta olan yaranmış borc məbləğinin 4680 manat olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 25 fevral 2026-cı il tarixdən saat 16:20-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 fevral 2026-cı il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(5-136)-222/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-222/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver