Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-227/2026 02.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X6 tərəfindən tərtib edilmiş MN № 2289994, MN №2289979 və MN № ******* nömrəli, 02 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026cı il tarixdə sat 21 radələrində Qazax şəhəri Bakı küçəsində nənəsi Zərərçəkmiş şəxs1, əmisi Zərərçəkmiş şəxs2 döymüş və sonuncuya məxsus avtomobili qəsdən zədələmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə sat 21 radələrində Qazax şəhəri Bakı küçəsində nənəsi Zərərçəkmiş şəxs1, əmisi Zərərçəkmiş şəxs2 döymüş və ona məxsus avtomobili qəsdən zədələmişdir. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, X2 onun atası, Zərərçəkmiş şəxs2 əmisi, Zərərçəkmiş şəxs1 isə nənəsidir. Ramilin yaşadığı Qazax şəhəri, Bakı küçəsi, ev 355-də yerləşən ev onun baba yurdudur. O, həmişə ora tez-tez gedərək nənəsi ilə görüşür. xx.xx.2026-cı ildə saat 21 radələrində o, nənəsinin yaşadığı evə getmişdir. Belə ki, həmin vaxt onun ailə üzvləri onu evləndirmək üçün qız bəyənmişdirlər. O da, nənəsi ilə görüşmək üçün həmin yerə getmişdir. Bu zaman atası Raminin nənəsi Hürcahanla həyətdə söhbət etdiklərini görmüşdür. O, həyətə daxil olmuş və nənəsinə tərəf gedəndə Ramil evdən həyətə çıxmış, atasından və ondan nə üçün bu ev gəldiklərini soruşmuşdur. Ramilə cavab olaraq o, buranın öz nənəsi evi olduğunu, buna görə də, gəldiyini demişdir. Nəticədə əmisi Ramillə onun arasında söz mübahisəsi yaranmışdır. Bundan sonra əmisi Ramil, atası Ramin və nənəsi Hürcahan otağa daxil olmuşdurlar. O da, otağa daxil olmuşdur. Sonra atası ilə nənəsinin otaqda sakit tərzdə söhbət etdiklərini görmüşdür. Daha sonra o, otaqdan çıxaraq getmişdir. Hadisə vaxtı o, əmisi Ramili və nənəsi Hürcahanı döyməmişdir. Həm də, onun əlində heç bir bıçaq olmamış ve nə o, nə də, atası kimisə hədələməmişdirlər. Həmin vaxt onun və atası Raminin əmisi Ramilə məxsus Mercedes markalı, ** DE *** dövlət nömrə nişanlı maşını cızmadıqlarını bildirmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, X2 onun qardaşıdır. Şəxs isə Raminin oğludur. xx.xx.2026-cı ildə saat 21 radələrində o, Ramin və oğlu Haqverdi onun anasının yaşadığı evə gəlmiş, Həmin vaxt o, evdə çörək yeyirmiş. Bu zaman Ramin ona niyə oğlu Haqverdi barəsində sonuncunun almaq istədiyi qızın ailə üzvlərinin yanında pis sözlər danışdığını soruşmuşdur. Belə ki, o, həmin vaxt Raminin öz oğlu Haqverdiyə qız almaq istədiyini bilmişdir. O, bu barədə Ramindən məlumat alandan sonra Raminə belə bir hadisədən xəbərinin olmadığını və hansı qızı almaq İstədiklərini bilmədiyini demişdir. Bu zaman Ramin onu öldürəcəyi ilə hədələmişdir. Bundan sonra Haqverdi onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Haqverdi ona arxadan yaxınlaşaraq onun sağ sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, sifət nahiyyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Həmin vaxt Haqverdi əlində bıçaq ilə onu öldürəcəyi ilə də hədələmişdir. Haqverdi onu vurandan sonra Ramin Haqverdini otaqdan çıxartmış və birlikda onun evindən çıxaraq getmişdirlər. Həmin vaxt onun Mercedes markalı, ** DE *** dövlət nömrə nişanlı avtomobili küçədə olduğundan Ramin və Haqverdi gedəndən sonra o, küçəyə çıxmışdır. Küçəyə çıxanda maşınının arxa baqajında cızıq İzləri görmüşdür. Bundan sonra onun anası Zərərçəkmiş şəxs1 Raminə zəng edərək nə üçün maşının baqajını cızdıqlarını soruşmuşdur. Qardaşı Ramin anasına Haqverdinin haqq edib maşını cızdığını demişdir. Belə olanda o, Ramin və Haqverdinin hərəkətlərindən əsəbləşərək 102 xidmətinə zəng etmişdir. Hadisə vaxtı Haqverdinin onu döydüyünü, onu qardaşı Raminin döymədiyini, həmin vaxt Raminin onu öldürməklə hədələdiyini bildirdi. Şəxs şikayətçidir, qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, X2 və Zərərçəkmiş şəxs2 onun övladlarıdır. Şəxs isə, Raminin oğludur. O, Qazax şəhəri Bakı küçəsi, ev 355-də oğlu Ramillə birlikdə yaşayır. xx.xx.2026-cı il tarixdə saat 21 radələrində o və Ramil evdə olarkən oğlu Ramin onun yanına gəlmiş, ona öz oğlu Haqverdi üçün qız istədiyini demiş, daha sonra guya Ramilin Haqverdi haqqında qızın ailə üzvlərinə pis sözlər danışdığını və Haqverdini pislədiyini demişdir. Həmin vaxt nəvəsi Haqverdi darvazadan həyətə daxil olmuş və daxil olan kimi Raminin ünvanına nalayiq söyüşlər söymüş, aralarında mübahisə yaranmış və mübahisə vaxtı Haqverdi Ramilin sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. O, həmin vaxt Ramillə Haqverdinin arasına girərkən nəvəsi Haqverdi onun qolundan tutaraq həyətə itələmişdir. O da, müvazinətini itirib dizi üstə yerə yıxılmış, yerdə qalmış və qalxa bilməmişdir. Bundan sonra Ramin, Ramil və Haqverdi otağa daxil olmuşdurlar və burada mübahisə etmişdirlər. O, həmin vaxt yerdə olduğundan sonuncuların arasında nə baş verdiyini görməmişdir. Daha sonra oğlu Ramin Haqverdi ilə birgə evi tərk etmişlər. Digər oğlu Ramil çölə çıxıb qayıdanda özünə məxsus Mercedes markalı, ** DE *** dövlət nömrə nişanlı avtomobilin arxa baqajının, kuzasının və şüşəsinin cızıldığını görmüşdü. Nəvəsi Şəxs şikayətçidir, qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin İTB-nə göndərilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2026-cı il tarixli MN № 2289994, MN №2289979 və MN № ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan "MTE və PATETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2026-cı il tarixli 02 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş "sağ almacıq nahiyyəsinin qançın" xəsarəti küt əşyanın təsirindən törənmişdir, xx.xx.2026-cı ildə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan "MTE və PATETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2026-cı il tarixli 17 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Saleh-2015 MMC-nin direktoru B.Qurbanov tərəfindən verilmiş arayışdan görünür ki, MERCEDES BENZ E 220 minik markalı, 99DE889 dövlət qeydiyyat nömrəli avtomaşının sahibi Zərərçəkmiş şəxs2 550 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Əmlakı qəsdən məhv etmə və ya zədələmə görə - Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydina əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X1 şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №3(5-136)-227/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-227/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver