Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-243/2026 11.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 2, ev 8də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 11 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax rayon məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(023)-565/2012 nömrəli və 23 yanvar 2025-ci il tarixli, 2(023)-163/2025 nömrəli icra sənədləri üzrə yaranmış 5100 manat aliment borcunu tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərmişdir ki, borclu Şəxs Qazax rayon məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(023)-565/2012 nömrəli və 23 yanvar 2025-ci il tarixli, 2(023)-163/2025 nömrəli icra vərəqələrinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs Qazax rayon məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(023)-565/2012 nömrəli qətnaməsi üzrə borclunun aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörtdə bir) hissəsi, daha sonra qətnamə üzrə təyin olunmuş məbləğ dəyişdirilərək xx.xx.2024-cü il tarixdən hesablanaraq ölkə üzrə müəyyən olnmumuş əmək haqqı məbləğinin 345 manatın 0,58 misli həddi məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Borclu Şəxs yığılıb qalmış 5100 manat aliment borcu var hal-hazırda həmin borcundan 500 manat ödəniş etmiş və 4700 manat aliment borcu var. 5100 manat ödənişi etmədiyindən borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında göstərmişdir ki, Qazax rayon məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(023)-565/2012 nömrəli və 23 yanvar 2025-ci il tarixli, 2(023)- 163/2025 nömrəli icra sənədləri üzrə yığılıb qalmış borcunu inkar etmir. Usta işləyir qış aylarında iş olmadığından işləyə bilməmiş hazırda iş fərdi iş götürmüşdür və borcundan 500 manat məbləğində ödəniş etmişdir. Borcunu hər ay hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. Ödəniş etmədiyi vaxtlarda konkret olaraq heç bir işi olmadığından qazancıda olmamışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmır. Qanuni qərar qəbul edilməsini xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(023)-565/2012 nömrəli icra vərəqəsinə əsasən Şəxs aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi 30 iyul 2012-ci ildən başlayarq tutulub 21 aprel 2008-ci ildə doğulmuş Aysunun yetkinik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(023)-163/2025 nömrəli icra vərəqəsinə əsasən 21 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs hər ay bir uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla xx.xx.2024-cü il tarixdən hesablanaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 345 (üç yüz qırx beş) manatın 0,58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddi məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Qazax rayon məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(023)-163/2025 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Beynəlxalq Bankının 24232 nömrəli xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Mirsahib qızının hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Qazax rayon məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(023)-565/2012 nömrəli və 23 yanvar 2025-ci il tarixli, 2(023)-163/2025 nömrəli icra vərəqələrinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, davamlı ödənişlər edir və əvvəlki aylardan yaranmış borcundan hətta birdəfəlik 500 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(5-136)-243/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-243/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver