Məhkəmə qərarları › İş №3(5-136)-6/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-6/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-6/2026 09.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədova Nigar İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Protokol tərtib etmiş Qazax RPŞ-nin sahə rəisi X4 İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 09 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Qazax şəhəri ərazisində narkotik vasitə olan marixuana istehlak etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayır. Heç bir yerdə işləmir. Subaydır. Heç bir əlilliyi yoxdur. Həqiqətən də xx.xx.2025-ci il tarixdə, toy məclisində bilmədən siqaret əvəzi narkotik vasitə marixuana istifadə etmişdir. İstifadə etdikdən sonra başı gicəllənmiş və onun narkotik olduğunu bilmişdir. Daha sonra Göyəzən stadionunun qarşısında Qazax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə istifadə etməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Qazax Rayon Polis Şöbəsinin CAB əməliyyat müvəkkili polis leytenentı X2 şahid kimi izahat verərək bildirmişdir ki, xx.xx.2026 -cı il tarixdə xidmətdə olan zaman Göyəzən stadionunda yolun kənarında bir nəfər şəxsin piyada getdiyini görüb, narkotik vasitə istifadəçisi olması şübhəsi ilə həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş və onu Qazax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxs heç bir etiraz etmədən onlarla birlikdə Qazax RPŞ-yə getmiş və orada narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid Qazax Rayon Polis Şöbəsinin CAB əməliyyat müvəkkili polis leytenentı X3 şahid X1 izahatına uyğun izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 yanvar 2026cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 yanvar 2025ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 08 yanvar 2026-cı il tarixli 17 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub, narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 yanvar 2026cı il tarixli, 120/2026 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 07 yanvar 2026-cı il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 yanvar 2026-cı il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar