Məhkəmə qərarları › İş №3(5-136)-85/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-85/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-85/2026 15.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədova Nigar İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs , İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax rayon Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 izahatında bildirdi ki, bir müddət əvvəl tərəflərin arasında mübahisə olmuşdur və Şəxs bununla bağlı ərizə ilə Qazax rayon polis şöbəsinə müraciət etmişdir. Mübahisə mülki xarakterli olduğu üçün Şəxs məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 09 deklabr 2025-ci il tarixdə, saat 18 radələrində Qazax şəhəri Ş.Çobanov küçəsində yerləşənb Gözəllik salonunda Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisə zəminində sonuncunu döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə o Zərərçəkmiş şəxs qəbulunda olmuşdur. Təhminə kosmetoloq olduğunu bildirərək, 400 manat müqabilində onun üzünə “Ful-feys” proseduru etməli idi. O Təhminəyə səhhətində bəzi problemlər olduğunu da bildirmiş, Təhminəyə 200 manat verərək həmin proseduru üzünə tətbiq etdirmişdir. Bundan sonra, o Gürcüstana getmiş, orada onun üz cizgilərində ciddi dəyişikliklər, səhhətində problemlər yaranmışdır. Bununla bağlı dəfələrlə Təhminənin yanına getdikdə onu qəbul etməmiş, daha sonra məcbur olub səhhətində yaranmış problemlərlə bağlı Bakı şəhərində öz vəsaiti hesabına müalicə olunmuşdur. Zərərçəkmiş şəxs tibbi təhsili və heç bir lisenziyası yoxdur. Təhminəni döyməmişdir, sadəcə ondan verdiyi pulu tələb etmiş, ona laqeyd münasibətinə və səhhətinə vurduğu ziyana görə əsəbləşərək stolun üstündə olan əşyaları dağıtmışdır. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, kosmetoloji fəaliyyətlə məşğul olur və bununla bağlı onun lisenziyaları vardır. Şəxs da üzərində kosametoloji prosedurlar aparmışdır. Sonradan həmin prosedurdan narazı qalaraq ödədiyi pulu tələb etmişdir. Bununla bağlı aralarında narazılıq yaranmışdır və Şəxs onu nalayiq ifadələrlə təhqir etmiş, həmçinin əlində olan əşya ilə onu hədələyərək öldürəcəyini bildirmişdir. Bundan sonra əli ilə ətirləri vurduqda, əli onun qoluna dəymiş, stolun üstündə olan ətirləri və dərmanları yerə tökmüşdür. Odur ki, Şəxs cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan MN ******* nömrəli 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 09 deklabr 2025-ci il tarixdə, saat 18 radələrində Qazax şəhəri Ş.Çobanov küçəsində yerləşənb gözəllik salonunda Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisə zəminində sonuncunu döymüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 dekabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Qazax RPİ-nin İTB-nə göndərilmişdir. İş materialların olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 454 nömrəli rəyindən məlum olur ki, məhkəmə-tibbi müayinəsi nəticəsinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində "sol əlin arxa səthinin qançırı" küt əşyanın təsirindən törənmişdir, xx.xx.2025-ci ildə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar