Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-87/2026 16.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Sadıxova Günay Fauna qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin sahə rəisi X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə günorta saatlarında Qazax rayonu, Çay qırağı adlanan ərazidə narkotik vasitədən olan marixuanadan istifadə etdiyi üçün Qazax RPŞ-nə gətirilmiş və istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixli, HK- 1/65 nömrəli ilkin yoxlama materialı üzrə Qazax RPŞ-nin TB-dən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar icraatına daxil olmuşdur. Daxil olmuş qərarı icraata qəbul etdikdən sonra Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlaməti olduğundan sonuncunun barəsində müvafiq protokol tərtib etmişdir. Protokolu tərtib etməyinə səbəb Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2026-cı il tarixli, 49 nömrəli rəyi olmuşdur. Belə ki, rəydə göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir və hazırda rəsmi olaraq neç bir yerdə işləmir. Lakin, müxtəlif yerlərdə fəhləlik edib özünə maddi qazanc əldə edir. Təxminən 5-6 aydır ki, müəyyən vaxtlarda keflənmək məqsədi ilə narkotik vasitə olan marixuanadan istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan marixuanadan xx.xx.2026-cı il tarixdə istifadə etmişdir. Belə ki, xx.xx.2026-cı il tarixdə günorta saatlarında Qazax rayon ərazisində çayqırağı adlanan ərazidə balıq tutmaq üçün getdikdə yerdən bir dəfə istifadə ediləcək miqdarda kağıza bükülmüş halda narkotik vasitə olan qurudulmuş marixuana tapmış o, həmin narkotik vasitəni daha sonra istifadə edə biləcəyimi fikirləşmiş və marixuananı üzərində olan şalvarın cibinə qoymuşdur. Tapdıqdan bir neçə saat keçdikdən sonra isə o, tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı çəkməq qərarına gəlmiş, Bundan sonra o qeyd olunan ərazidə tapdığı marixuananı əvvəlcədən üzərində olan ağ kağızın içərisinə doldurmuş, Daha sonra isə alışqanı ilə onu yandırıb çəkmişdir. xx.xx.2026-ci il tarixdə təxminən saat 18 radələrində Qazax rayon Qazaxbəyli yeni yaşayış massivində olduğum müddət ərzində polis əməkdaşları onu görüb yaxınlaş və ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğumu deyib RPŞ-nə getməli olduğumu izah etmişlər oda polis əməkdaşlarının fikiri ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, 2017-ci ildən DiO-da, 2023-cü il tarixdən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2026-cı il tarixdə Qazax rayon Qazaxbəyli yeni yaşayış massivində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Qazax rayon Çaylı kəndində yaşayan Şəxs narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını istifadə etməyi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar olaraq xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Qazax rayon Qazaxbəyli yeni yaşayış massivində yaşayış binasının yaxınlığında Şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və onlarla birlikdə PŞ-nə getməli olduğunu izahat etmişdir. Həmin zaman isə Şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Qazax RPŞ-nin inzibati binasına getmişdir. Bundan sonra onlar birlikdə Qazax RPŞ-nə getmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri və iş materiallarında olan ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2026-cı il tarixli, 49 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2026-cı il tarixdə saat 18:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemi pensiya haqqında və sosial müavinət haqqında arayışlardan görünür ki, Kərimov X2 elektron informasiya sistemində şəxsin pensiyaçı olması, sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyildir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini səmimi etiraf edərək peşman olması, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 yanvar 2026-cı il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(5-136)-87/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-87/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver