Məhkəmə qərarları › İş №3(5-136)-93/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-93/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-93/2026 23.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 23 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax rayon məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 nömrəli və Qazax rayon məhkəməsinin 8(023)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə yaranmış 3160 manat borcunu tələbkara ödəməmiş icra sənədlərinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi X7 göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra vərəqəsi 23 fevral 2022-ci il tarixdə və Qazax rayon məhkəməsinin 8(023)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi 16 sentyabr 2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkar X5 olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışdır. İcra işi üzrə bir sıra zəruri icra hərəkətləri edilmiş, lakin borclu Şəxs borcunu tam şəkildə tələbkara ödəməmişdir. Ona görə də, onun barəsində inzibati tenbeh tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu mütamadi olaraq ödəniş etmiş, lakin icra sənədini tam icra etməmiş və tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Hazırda borclu Şəxs 3160 manat borcu var. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, səhhətində problemlər var, maddi vəziyyəti çətindir, ona görə də, aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır, maddi imkanının yol verdiyi həddə həmişə borcunu ödəməyə çalışmışdır. Sonuncu dəfə 31 dekabr 2025-ci il tarixdə aliment borcundan 100 manat ödəmişdir. Hazırda da, tələbkar X5 olan 3160 manat aliment borcu var. Qalan borcunu qısa zamanda ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül cəza təyin olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra vərəqəsinə əsasən 03 may 2017-ci il təvəllüdlü X8, 09 mart 2019-cu il təvəllüdlü X6 və 09 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ayda hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment Şəxs 17 yanvar 2023-cü il tarixdən, Gülgəz adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra sənədinə əsasən 23 fevral 2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon məhkəməsinin 8(023)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq 03 may 2017-ci il təvəllüdlü X3, 09 mart 2019-cu il təvəllüdlü X1, 09 iyul 2021-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində sabit pul məbləğində aliment tutulmuş, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-40/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment qərardad qanuni qüvvəyə mindikdən sonra indeksasiya olunmuş qaydada tutulması barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 sentyabr 2025-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax rayon məhkəməsinin 8(023)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə 16 sentyabr 2025-cı il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 360 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 50 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 120 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 20 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 30 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 30 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 20 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 20 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 40 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 100 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Qazax rayon məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 nömrəli və Qazax rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-138/2025 nömrəli icra sənədləri üzrə xx.xx.2025-ci il tarixdə 360 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 30 manat, xx.xx.2025-ci il tarixdə 30 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 40 manat ödəniş etmiş, bundan başqa 31 dekabr 2025ci il tarixdə isə 100 manat ödəniş etmiş və beləliklə icra vərəqələrinin icrasından imtina etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi, Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış borcundan sonuncu dəfə 100 manat ödəniş etmişdir. Bu səbəbdən, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar