Məhkəmə qərarları › İş №3(5-136)-94/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-94/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-94/2026 03.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 inspektoru, polis baş serjantı X2 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 inspektoru, polis baş serjantı X2 xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 inspektoru, polis baş serjantı X2 xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası DİN Baş X7i İX X8 xidməti inspektoru polis baş serjantı X4 tərəfindən barəsində xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokolu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar qanunsuzdur, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir və ləğv edilməlidir. Belə ki, İnzibati xətanın əsas olmasına dair heç bir video və foto şəkil təqdim edilməmiş bundan başqa inzibati xətanın baş verdiyi yerdə tam fərqli olaraq Daşkəsən rayonu Qarapapaq kəndi kimi qeyd edilmiş lakin o, Daşkəsən rayonu ərazisində ümumiyyətlə olmamışdır və rəsmi olaraq SHXÇÜDX Ağstafa Rayon Şöbəsində işləyir. Həmin gün də işdə olmuşdur. Bununla yanaşı Respublika ərazisində Daşkəsən rayonu Qarapapaq kəndi olmasa da Qazax rayonu Qarapapaq kəndi mövcuddur həmin əraziyə baxış keçirilən zaman müvafiq qeydlər etmişdir lakin həmin ərazidə düz xətt və ya qırıq-qırıq xətt ümumiyyətlə mövcud deyildir. Məhkəmə iclasında iştirak edən X3 çıxış edərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Qazax rayon Ağköynək kəndi ərazisində nəqliyyat vasitəsilə hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmışdır. Bu zaman ona ötmə qaydalarını pozduğu bildirilmişdir. Qaranlıq olduğu üçün hərəkət zolağının görünməsi qeyri-mümkün olmuşdur. Həmçinin qeyd olunan inzibati xəta ilə bağlı heç bir foto-video çəkiliş mövcud deyildir. Odur ki, şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 inspektoru, polis baş serjantı X4 çıxış edərək bildirdi ki, X3 xx.xx.2026-cı il tarixdə 18 radələrində əks istiqamətli hərəkət zolağını keçməklə ötmə qaydalarını pozmuşdur. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq X4 bildirdi ki, inzibati xəta hadisəsini təsdiq edən heç bir foto-video görüntü mövcud deyildir. Bu cür görüntünün əldə edilməsi qaranlıq səbəbindən mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə saat 18:19-da İmamverdi İsmayılov küçəsi, 42, Ağköynək kəndi, Daşkəsən rayonu ərazisində “HYUNDAİ TUCSON MİNİK” markalı, 99HV649 dğvlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2026-cı il tarixdə Mübariz İbrahimov küçəsi, 98, Qarapapaq kəndi, Daşkəsən rayonu ərazisində Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 Xidməti İnspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmişdir. 07 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 Xidməti İnspektoru, polis baş serjantı X4 tərəfindən Mübariz İbrahimov küçəsi, 98, Qarapapaq kəndi, Daşkəsən rayonu ərazisində xx.xx.2026-cı il tarixdə saat 18:19-da tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə fiziki şəxslər yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 8-ci (təqsirsizlik prezumpsiyası prinsipi) maddəsində aşağıdakı qaydada göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, 07 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və İnzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda iki müxtəlif ünvan qeyd edilmişdir. Qərarın qəbul edildiyi yer kimi Mübariz İbrahimov küçəsi, 98, Qarapapaq kəndi, Daşkəsən rayonu ərazisi, inzibati xətanın törədildiyi yer kimi isə İmamverdi İsmayılov küçəsi, 42, Ağköynək kəndi, Daşkəsən rayonu ərazisi göstərilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ağköynək kəndi və Qarapapaq kəndi inzibati ərazi baxımından Qazax rayonunda yerləşir. Yəni sözügedən qərarda iki fərqli küçə qeyd edilməklə yanaşı həmçinin Qazax rayonu ərazisi Daşkəsən rayonu ərazisi kimi öz əksini tapmışdır. Bununla yanaşı iş materiallarından və məhkəmə iclasında iştirak edən şəxslərin çıxışlarından da aydın olur ki, inzibati xətanın törədilməsinə dair heç bir foto və video çəkiliş qeydə alınmamışdır. Odur ki, şəxsin inzibati xətanı törətməsinə dair əsaslı sübut təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, X1 inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, X3 barəsində X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin inzbati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarda uyğunsuzluqlar aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin İX X8 inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş X7i İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar