Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-1/2026 15.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 442-ci maddəsi ilə olan inzibati xəta haqqında Protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 442-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2224089) tərtib olunmuşdur ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus olan “Ekonom” adlanan marketdə dövriyyəsi məhdudlaşdırılmış tezalışan maddələr və pirotexniki vasitələrin satışını həyata keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, fərdi qaydada sahibkarla məşğul olur və Qəbələ şəhəri, “Alma bağları” ərazisində yerləşən “Ekonom” ticarət məntəqəsində ərzaq məhsullarının satışını həyata keçirir. xx.xx.2025-ci il tarixdə marketdə 3 ədəd “Bigfog” adlanan pirotexniki vasitələrin satışını həyata keçirtmiş, satmaq məqsədilə avtomobilində saxladığı digər pirotexniki vasitələr isə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin pirotexniki vasitələr ötən illərdən qalmış malların içində olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların götürülməsi barədə” aktların surətinə əsasən Şəxs məxsus olan “BMW” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 2 qutu “Petards”, 1 qutu “mega pratka”, 1 qutu “X8”, 1 qutu “Zenga”, 1 qutu “bracker 20PSC”, 1 qutu “X6”, 2 ədəd adı üzərində olmayan pirotexniki vasitələr və ona məxsus “Ekonom” ərzaq mağazasından 3 ədəd “Bigfog” adlanan pirotexniki vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanladığı xx.xx.2025-ci il il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis sıravisi Mətləb Ziyadov ilə birlikdə “2” saylı dislokasiya üzrə Qəbələ şəhəri ərazisində xidmətdə olarkən, Qəbələ şəhəri, Alma Bağı adlanan ərazidə yerləşən, Qəbələ rayonu, Mirzəbəyli kənd sakini Şəxs məxsus “Ekonom” ərzaq mağazasından və ona məxsus olan “BMW” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən mülki dövriyyəsi qanunla məhdudlaşdırılmış tezalışan maddə, protexniki vasitələrin satışını həyata keçirməsi aşkar edilmişdir. Qeyd edilən xüsusatla bağlı araşdırma aparılması məqsədilə Şəxs və ondan təhvil götürülmüş tezalışan maddə, pirotexniki vasitələr polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs xx.xx.2025-ci il tarixdə fərdi sahibkar statusu (VÖEN: **********) ilə qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” AİS-dən Çıxarışa əsasən “BMW” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2024cü il təvəllüdlü X2 adında uşağı vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbiri tətbiq olunmalı və cərimənin məbləği təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 1650 (min altı yüz əlli) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-də saxlanılan 2 qutu “Petards”, 1 qutu “mega pratka”, 1 qutu “X8”, 1 qutu “Zenga”, 1 qutu “bracker 20PSC”, 1 qutu “X6”, 2 ədəd adı üzərində olmayan pirotexniki vasitələr və ona məxsus “Ekonom” ərzaq mağazasından 3 ədəd “Bigfog” adlanan protexniki vasitələr məhv olunsun. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-1/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-1/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver