Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-105/2026 18.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 və AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı ilə X1 rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolunu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacını kök boğazından kəsərək ətraf mühitə 920,0 manat məbləğində zərər vurduğuna görə AR İXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə edilmişdir. X3 oğlu şikayət edərək həmin qərarın ləğv edilməsini və barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə ixraata xitam verilməsini xahiş etmişdir. X3 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsində yaşayır və heç yerdə işləmir. Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən “Karvan” adlı iaşə obyektinə tez-tez tanışları ilə birlikdə çay içməyə getmiş, lakin orada hər hansı bir vəzifə tutmamış və obyektin fəaliyyəti ilə əlaqəsi olmamışdır. “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidən 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacını kəsməmiş və AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ərazidə aparılan yoxlamadan xəbəri olmamışdır. Ona görə də, AR İXM-nin 253.2-ci maddəsi ilə 4000,0 manat cərimə edilməsi haqqında AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 göstərmişdir ki, İdarənin xx.xx.2025-ci il tarixli 0124 saylı sərəncamına və xx.xx.2025-ci il tarixli monitorinq aktına əsasən xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu ərazisində nəzarət tədbirləri həyata keçirilərkən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacının kök boğazından kəsilməsi faktı aşkar edilmişdir. Faktla bağlı aparılmış araşdırma zamanı “Karvan” iaşə obyektinin sahibi Müsavər Nəbiev ağacların X3 tərəfindən kəsildiyini bildirmişdir. Ağacların kəsilməsi nəticəsində ətraf mühitə 920,0 manat məbləğində zərər vurulduğu müəyyən edilərək X3 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı ilə 4000,0 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 94067 nömrəli Aktın surətinə əsasən AR ETSN 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 0124 saylı sərancamına və xx.xx.2025-ci il tarixli monitorinq aktına əsasən xx.xx.2025-ci il tarixdə xidməti ərazisində yoxlama aparılarkən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacının kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar edilmiş, həmin vaxt “Karvan” iaşə obyektinin sahibi Müsavər Nəbievlə telefon əlaqəsi saxlanılaraq ağacların X3 tərəfindən kəsilməsi barədə məlumat alınmış və şəxsiyyət məlumatları əldə olunmuşdur. Ərazidə fotoşəkillər çəkilmiş və akta əlavə edilmişdir. İşdə olan “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun surətinə əsasən həmin tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidə ağac və kolların qanunsuz şəkildə kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. İşdə olan AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 94067 saylı Akt üzrə Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması Cədvəlinə əsasən 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacının kəsilməsi nəticəsində ətraf mühitə dəymiş zərər ümumilikdə 920,0 manat məbləğində müəyyən edilir. “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 6.1.2-ci maddəsinə əsasən (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar məhdud istifadəli yaşıllıqlardır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən (12.1.1.) yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; (12.1.2.) yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; (12.1.3.) yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; (12.1.4.) yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması məqsədilə qaşıllıqların uçotu və kadastrı aparılır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qanunun 13.8-cü madəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacı “Yaşıllıqların mühafizəsi haqqında”AR Qanunun 13.1-ci maddəsində sadalanan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmədən kəsməklə ətraf mühitə 920,0 manat məbləğində maddi zərər vurulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0. 2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən “Karvan” iaşə obyektinin fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacının kəsilməsi faktı üzrə səlahiyyətli orqan heç bir araşdırma aparmamış və həmin inzibati xətanı törətmiş şəxsi müəyyən etməyərək X3 barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Ona görə də, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilə bilməz. AR İXM-ni 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyekti fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacının kəsilməsi faktı üzrə ararşdırma materialları səlahiyyətli orqan tərəfindən yenidən baxılması üçün göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” iaşə obyekti fəaliyyət göstərdiyi ərazidə 1 topa fındıq kolu və 2 ədəd 16 sm diametri olan dekorativ yaşılyarpaq kapalka ağacının kəsilməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılsın. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(5-137)-105/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-105/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver