Məhkəmə qərarları › İş №3(5-137)-106/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-106/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-106/2026 18.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Cabbarova Səbinə Adil qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 və AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bахаrаq MÜƏYYƏNETDİ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X1 rayonu Uludaş kəndi ərazisində X3 rəyi olmadan ağac emalı dəzgahı quraşdırdığına görə Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə 2500,0 manat cərimə olunmuşdur. X6 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Uludaş kəndində yaşayır və heç yerdə işləmir. Həyatyanı torpaq sahəsində ağac emalı sexi açaraq sifariş əsasında oduncağın doğranması və taxta yeşiklərin hazırlanmasında istifadə edilən panel lövhələrin hazırlanması işlərini yerinə yetirir və fərdi qaydada fəaliyyət göstərərək qazanc əldə edir. Onun fərdi sahibkar statusu yoxdur və ətraf mühitə mənfi təsir göstərən fəaliyyəti olmamışdır. xx.xx.2025ci il tarixdə Qəbələ rayonu Uludaş kəndi ərazisində yoxlama aparılarkən AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tətəfindən yaşadığı ünvana baxış keçirilmiş, qanunsuz olaraq barəsində AR İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 2500,0 manat məbləğində cərimə olunmuşdur. Ona görə də, AR İXM-nin 275.1.1-ci maddəsi ilə 2500,0 manat cərimə edilməsi haqqında AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. AR ETSN 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 göstərmişdir ki, İdarənin xx.xx.2025-ci il tarixli 0124 saylı sərancamın və xx.xx.2025-ci il tarixli monitorinq aktına əsasən Qəbələ rayonu Uludaş kəndi ərazisində yoxlama aparılarkən X4 yaşadığı evin həyatyanı torpaq sahəsində qanunsuz ağac emalı dəzgahı və həmin dəzgahın ətrafında qovaq cinsinə məxsus 2,0 m3 həcmində oduncaq aşkar edilmişdir. X4 X3 rəyi olmadan ağac emalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərək vəzifəli şəxs kimi barəsində “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilib AR İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilməlidir. Aşağıda göstərilənlərə görə hesab edir ki, şikayət təmin edilməməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli 94047 nömrəli Aktın surətinə əsasən AR ETSN 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 0124 saylı sərancamına və xx.xx.2025-ci il tarixli monitorinq aktına əsasən xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndi ərazisində yoxlama aparılarkən X4 həyatyanı torpaq sahəsində qanunsuz ağac emalı dəzgahı və həmin dəzgahın ətrafında qovaq cinsinə məxsus 2,0 m3 həcmində oduncaq aşkar edilərək X3 rəyi olmadan ağac emalı fəaliyyətinin həyata keçirilməsi müəyyən edilmişdir. Fotoşəkillər çəkilmiş və akta əlavə edilmişdir. İşdə olan “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun surətinə əsasən X4 Qəbələ rayonu Uludaş kəndi ərazisində X3 rəyi olmadan ağac emalı fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. İşdə olan AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 94067 saylı Akt üzrə Təbiətə dəymiş ziyanın hesablanması Cədvəlinə əsasən 3 kub/m qovaq ağacının kəsilməsi nəticəsində ətraf mühitə dəymiş zərər ümumilikdə 198,80 manat məbləğində müəyyən edilir. İşdə olan X2 məlumatına əsasən X4 (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatı Aktivdir. AR İXM-nin 275.1.1-ci maddəsinə əsasən X3 müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X3 rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 rayonu Uludaş kəndi ərazisində X3 rəyi olmadan ağac emalı fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, AR ETSN 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X4 ( VÖEN: **********) AR İXM-nin müvafiq maddəsi ilə tənbeh edilməsi qanunsuz olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR ETSN 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar