Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-108/2026 03.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1979-cu ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330540) tərtib olunmuşdur ki, o, 1263 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1293 manat "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 saylı icra sənədi üzrə tələbi müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 357 manat; 135 manat pul vəsaitini BOKT "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 135 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 1263 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1293 manat "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 19 may 2021ci il tarixli 2(025)-709/2021 saylı icra sənədi üzrə cəmi 357 manat və 135 manat pul vəsaitini BOKT "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 saylı icra sənədi üzrə cəmi 135 manat məbləğində tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin tələblər üzrə ödənişlər etmiş, lakin maddi gəlirləri və qiymətli əmlakı olmadığından qalan məbləği tam şəkildə ödəyə bilməmişdir. Ona görə də, qalıq borcunun hissəhissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 saylı icra sənədi üzrə cəmiyyətin xeyrinə 357 manat ödənilməsi borclu X4 tərəfindən indiyədək təmin edilməmişdir. Ondan tələbin tam şəkildə birdəfəlik ödəməsi tələb olunur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1263 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1293 manat "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli e167355/2021-11-6-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 135 manat məbləğində pul BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 saylı icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e137509/2024-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(025)-174/2023 nömrəli qərarının surətinə əsasən Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)- 709/2021 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan AR ƏN Qəbələ rayon İPŞ tərəfindən verilmiş arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 357 manat, Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 nömrəli icra sənədi üzrə isə BOKT "xxxx" MMC-yə 135 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 saylı icra sənədi üzrə xx.xx.2026-cı il tarixədək 936 manat ödəmişdir. Məcburi icra tədbirləri nəticəsində Şəxs başqa gəlirləri və tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(025)-709/2021 saylı icra sənədi və Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il 8İ-32398 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiəsi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil hazırki işin baxılması ilə bağlı cəmi 2 saat vaxt sərf etmişdir. AR İXM-nin 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22,0 (iyirmi iki) manat məbləğində pul Dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 2330540) icraata xitam verilsin. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə dövlət büdcəsinin hesabından müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil hesabına 22 (iyirmi iki) manat məbləğində pul köçürülsün. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-108/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-108/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver