Məhkəmə qərarları › İş №3(5-137)-111/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-111/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-111/2026 04.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, 1981-ci il noyabrın 20-də Qəbələ rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/18 saylı 13 iyul 2018-ci il tarixli və 8(025)-186/2025 saylı 16 dekabr 2025-ci il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli məhkəmə əmri ilə Şəxs 1700 manat əsas, 510 manat məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2230 manat pulun tutularaq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmiş, daha sonra Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 8(025)-186/2025 saylı qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-1474/2018 saylı icra sənədi üzrə borclu, Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 1730 manat məbləğində pul vəsaiti 2025ci ilin oktyabr ayında 2018-ci ilin iyul ayına nisbətən 154,10 faiz istehlak qiymətləri indeksi ilə indeksasiya olunub 2665,93 manat məbləğində pul vəsaitinə ekvivalent hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Qəbələ Rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev izahat verərək bildirdi ki, icra sənədinin icrası ilə əlaqədar olaraq elektron icra sistemi vasitəsi ilə borclunun tələbinin yönəldilə biləcəyi əmlakın olub-olmaması barədə sorğular verilmiş,tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, 2025-ci ilin avqust ayında yenidən sorğu verimiş və borclunun mülkiyyətində avtomobil aşkar edilmiş, avtomobilin üzrərinə həbs qoyulmasına dair Qəbələ Rayon Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin 12 yanvar 2026-cı il tarixli qərardadı ilə avtomobilin üzrərinə həbs qoyulmuş, avtomobilin saxlanılması və duracağa yerləşdirilməsinə dair BDYPİ-də məlumat verilmişdir. Borclu barəsində məcburi gətirmə tətbiq edilməyib, icra məmurunun çağırışlarına hər zaman könüllü gəlib. Əvvəlki dövrlərdə borcdan 530 azn ödəyib. Uşağı xəstədir. Bu gün 200 azn, sabah 200 azn ödəməyə hazırdır. Odur ki, müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, icra məmurunun çağırışlarından heç vaxt yayınmayıb, şöbəyə könüllü surədə gəlib, icra sənədinin icrasından yayınmır. Səhhətində problem olduğundan, həmçinin uşağı ilə bağlı problem olduğundan borcu ödəyə bilməmişdir. Bu gün 200 azn, sabah 200 azn ödəməyə hazırdır. Qalan borcu yaxın vaxtlarda ödəməyə hazırdır. Bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi Vəkil – Şəxs qərara hörmətlə yanaşdığını, icra məmurunun çağırışlarından yayınmadığını, çağırışlara daim könüllü surətdə gəldiyini, 200 azn bu gün 200 azn sabah ödəniş etməyə hazır olduğunu, əvvəlki dövrdə 530 azn ödəniş etdiyini, hazırda himayəsinə mıhkəmənin qətnaməsi ilə övladının verildiyini və uşağın xəstə olduğunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxsi dinləyərək, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli məhkəmə əmri ilə Şəxs 1700 manat əsas, 510 manat məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2230 manat pulun tutularaq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ilə 2(025)- 1474/18 saylı 13 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Qəbələ rayon İcra və probasiya şöbəsinin 06 sentyabr 2018-ci il tarixli məktubu ilə icra səsnədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 8(025)-186/2025 saylı qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-1474/2018 saylı icra sənədi üzrə borclu, Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 1730 manat məbləğində pul vəsaiti 2025-ci ilin oktyabr ayında 2018-ci ilin iyul ayına nisbətən 154,10 faiz istehlak qiymətləri indeksi ilə indeksasiya olunub 2665,93 manat məbləğində pul vəsaitinə ekvivalent hesab edilmişdir. İcra işi Qəbələ Rayon İcra və Probasiya şöbəsinin icaatında olarkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin tələbinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamış, daha sonra borclunun mülkiyyətində “KİA CEED” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. 05 yanvar 2026-cı il tarixdə Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs məxsus “KİA CEED” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Qəbələ Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli Qərardı ilə təqdimat təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2018 saylı , 13 iyul 2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu Şəxs Fərəddin oğluna məxsus “KİA CEED” markalı ** BX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin 14 yanvar 2026-cı il tarixli məktubu ilə borclu Şəxs məxsus olan KİA CEED markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2026-cı i tarili qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və X4 göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Bununla əlaqədar olaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs icra məmurunun çağırışlarından yayınmamış, onun bütün çağrışlarına könüllü şəkildə gəlmiş, barəsində məcburi gətirmə tətbiq edilməmişdir. Digər tərəfdən Şəxs səhhətində olan problemlərlə əlaqədar borcu ödəyə bilmədiyini, bu gün və sabah borc məbləğindən 400 manat ödəniş edəcəyini, qalan borcun yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən əvvəlki dövrlərdə borcdan 530 azn ödəniş də edilmişdir. Bu xüsusatlar onun tərəfəfindən icra sənədinin icrasından yayınma olmadığını və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin icra sənədinin icrasından qərəzli yayınma olmadığını və onun əməllərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmadığına dəlalət edir. Həmçinin, məhkəmə qeyd edir ki, icra tədbirləri nəticəsində Şəxs mülkiyyətində “KİA CEED” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2018 saylı, 13 iyul 2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu Şəxs Fərəddin oğluna məxsus “KİA CEED” markalı ** BX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Şəki Regional Qeydiyyat- İmtahan və X4 göndərilmişdir. Bu xüsusat da Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi üçün əsasdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 114.1.4, 115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/18 saylı 13 iyul 2018-ci il tarixli və 8(025)-186/2025 saylı 16 dekabr 2025-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar