Məhkəmə qərarları › İş №3(5-137)-113/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-113/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-113/2026 05.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-ci il tarixli MN 2330543) tərtib olunmuşdur ki, o, 23 avqust 2024-cü il tarixli 01442018 saylı müqavilə üzrə 630 manat əsas, 6 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 487,60 manat əsas, 5 manat cərimə və 32 manat dövlət rüsumunun iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 saylı icra sənədi; 5252,14 manat Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə ödəməsi barədə Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-1498 saylı icra sənədi, 1465 manat Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-8502 saylı icra sənədi; 256 manat Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-7288 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 saylı icra sənədi üzrə 1070 manat, Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-1498 saylı icra sənədi üzrə 3139 manat, Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-8502 saylı icra sənədi üzrə 1465 manat, Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-7288 saylı icra sənədi üzrə 256 manat borcu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 23 avqust 2024-cü il tarixli 01442018 saylı müqavilə üzrə 630 manat əsas, 6 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 487,60 manat əsas, 5 manat cərimə və 32 manat dövlət rüsumunun iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 saylı icra sənədi; 5252,14 manat Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə ödəməsi barədə Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-1498 saylı icra sənədi, 1465 manat Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-8502 saylı icra sənədi; 256 manat Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-7288 saylı icra sənədləri üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, maddi gəlirləri və qiymətli əmlakı olmadığından borcunu indiyədək ödəyə bilməmişdir. Ona görə də, qeyd olunan icra sənədləri üzrə borcun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 saylı icra sənədi üzrə cəmiyyətin xeyrinə 1070 manat ödənilməsi borclu Şəxs tərəfindən indiyədək təmin edilməmişdir. Ondan tələbin tam şəkildə birdəfəlik ödəməsi tələb olunur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 saylı icra vərəqəsinə əsasən, 23 avqust 2024-cü il tarixli 01442018 saylı müqavilə üzrə 630 manat əsas, 6 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 487,60 manat əsas, 5 manat cərimə və 32 manat dövlət rüsumu Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e109292/2025-11-5-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-1498 saylı icra vərəqəsinə əsasən, 5252,14 manat Şəxs tutulub Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ- 1498 saylı icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e39935/2022-11-5-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-1498 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-8502 saylı icra vərəqəsinə əsasən, 1465 manat Şəxs tutulub Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ- 8502 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e105626/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-8502 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-7288 saylı icra vərəqəsinə əsasən, 256 manat Şəxs tutulub Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ- 7288 saylı icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e77188/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-7288 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-354/2025 saylı icra sənədi üzrə 1070 manat, Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-1498 saylı icra sənədi üzrə 3139 manat, Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-8502 saylı icra sənədi üzrə 1465 manat, Qəbələ regional “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-7288 saylı icra sənədi üzrə 256 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsulliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 fevral 2026-cı il, saat 15:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. . Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar