Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-114/2026 05.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, Cabarova Səbinə Adil qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X4, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2026-cı il tarixli MN 2224306) tərtib edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə, saat 17:30 radələrində Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Tural Market” adlı mağazanın qarşısında X2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, 28 May küçəsi, ev 55-də yaşayır və Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Tural Market” adlı mağazanın yaxınlığında yerləşən geyim mağazasında işlədir. xx.xx.2026-cı il tarixdə X6 idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobillə mağazanın qarşısından keçərkən ani tormozloma etmiş və mağazanın qarşısındakı parklanma zolağında dayanmış ona məxsus avtomobilə dəyməkdən yayınaraq qəza vəziyyəti yaratmışdır. Buna görə də, əsəbləşərək ona irad bildirmiş, o da “yaxşı edirəm” dediyi üçün aralarında mübahisə baş vermişdir. Ətrafda kənar şəxslər olduğu üçün X1 söhbət etməyə dəvət etmiş, lakin nalayiq ifadələr işlətməmişdir. İş üzrə zərərçəkmiş şəxs X6 göstərmişdir ki, o, Qəbələ rayonu, Uludaş kəndində ailə üzvləri ilə birlikdə yaşayır və “Qafqaz Resort” oteldə texnik-elektrik vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə saat 19:00 radələrində işdən çıxmış və idarə etdiyi yaşıl rəngli, **-BM-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobillə Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Tural Market” adlı mağazanın yaxınlığında olarkən qarşısına maşın çıxdığı üçün ani olaraq tormozloma etmişdir. Lakin avtomobilin tormoz şlanqı partladığı üçün maşın yolun ortasında dayanmış və qorxduğu üçün özünü itirmişdir. Həmin Şəxs ona yaxınlaşaraq maşından düşməyi tələb etmiş və qolundan tutaraq yolun digər tərəfinə çəkmişdir. Həmin vaxt kənarda olan adamların yaxınlaşmasından istifadə edərək avtomobilinə minib çıxıb getmiş və Şəxs hərəkətlərindən qorxu hissi eçirdiyi üçün Qəbələ rayon polis şöbəsinə şikayət etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq barəsində İXMnin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-114/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-114/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver