Məhkəmə qərarları › İş №3(5-137)-122/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-122/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-122/2026 23.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qarayeva Şəhla Mahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 nümayəndəsi X6, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1965-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 fevral 2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 böyük məsləhətçi – müfəttişi X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində xx.xx.2026-cı il tarixində f/ş Şəxs idarə etdiyi jetonlu avtoyuma məntəqəsində formalaşan tullantı suları kənara (küçələrə, ətraf mühitə) təyinatsız axıdılmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 09 fevral 2026-cı il tarixli MN ******* saylı həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 nümayəndəsi X7 göstərdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 xx.xx.2026-cı il tarixli 0038 saylı Sərəncamına əsasən xidməti ərazi üzrə Qəbələ rayonu və ətraf ərazilərində suların istifadəsi - mühafizəsi sahəsində mövcud olan qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində (x - 40°57°54.4° N, y - 47°50°55.9 °E koordinatlarında) yerləşən jetonlu avtoyuma məntəqəsində formalaşan tullantı suların ətraf mühitə (kənara, küçələrə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. İlkin araşdırmalar zamanı avtoyuma məntəqəsinin ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (fiziki şəxs: AA*******) məxsus olması müəyyən edilmişdir. Şəxs nöqsanın aşkar olunduğu əraziyə dəvət olunmuş və aşkar olunan qanun pozuntusu halı ona göstərilərək yaranan xoşagəlməz halın qanun qarşısında inzibati məsuliyyət yaratması bildirilmişdir. Bundan sonra aşkar olunan nöqsanla bağlı A.Şəxs yerində izahatı alınmışdır. İzahatında o, tərəfindən törədilən nöqsanın məsuliyyətini dərk etdiyini və qısa zaman ərzində aradan qaldıracağını qeyd etmişdir. Onun iştirakı ilə inzibati akt tərtib edilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə 09 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasından ötrü Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda göstərmişdir ki, Şəxs avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı vergi ödəyicisi kimi qeydiyyatı olmadığına görə ona fiziki şəxs kimi protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yerləşən jetonlu avtoyuma məntəqəsini o işlədir. xx.xx.2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 əməkdaşları onu avtoyuma məntəqəsinin yanına dəvət etmişdirlər və ona obyektdə formalaşan çirkab sularının təyinatsız ətraf mühitə axıdılması faktını göstərmişdirlər. Əslində ordan axan su həyətinə axır, lakin kənara cüzi sızıntı olmuşdur. Həmin avtoyuma məntəqəsini təxminən 3-4 aydır ki, işlədir. Vergi orqanlarında qeydiyyat üçün müraciət etmişdir, lakin sənədləşmə işlərində problem yaranmışdır. Yenidən müraciət etmiş və cavab gözləyir. İlk dəfə bu cür xəta törətdiyini nəzərə alıb, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 böyük məsləhətçi – müfəttişi X7 tərəfindən Şəxs tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 xx.xx.2026-cı il tarixli 002467 nömrəli aktından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin 12 saylı X2 xx.xx.2026-cı il tarixli 0038 saylı Sərəncamına əsasən xidməti ərazi üzrə Qəbələ rayonu və ətraf ərazilərində suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində (x - 40°57°54.4° N, y - 47°50°55.9 °E koordinatlarında) yerləşən jetonlu avtoyuma məntəqəsində formalaşan tullantı suların ətraf mühitə (kənara, küçələrə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. İlkin araşdırmalar zamanı avtoyuma məntəqəsinin ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (fiziki şəxs: AA*******) məxsus olması müəyyən edilmişdir. Şəxs nöqsanın aşkar olunduğu əraziyə dəvət olunmuş və aşkar olunan qanun pozuntusu halı ona göstərilərək yaranan xoşagəlməz halın qanun qarşısında inzibati məsuliyyət yaratması bildirilmişdir. Bundan sonra aşkar olunan nöqsanla bağlı A.Şəxs yerində izahatı alınmışdır. İzahatında o, tərəfindən törədilən nöqsanın məsuliyyətini dərk etdiyini və qısa zaman ərzində aradan qaldıracağını qeyd etmişdir. Onun iştirakı ilə inzibati akt tərtib edilmişdir. Nəticədə Şəxs AR Su Məcəlləsinin 103-cü maddəsinin, AR Su təchizatı və tullantı suları haqqında Qanununun tələblərini 10-cu maddəsinin tələblərini pozmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər və digər sənədlər akta əlavə olunmuşdur. İş materiallarında olan 12 saylı X2 0038 nömrəli, xx.xx.2026-cı il tarixli sərəncamından görünür ki, Oğuz və Qəbələ rayonlarının ərazilərində 3 gün müddətində nəzarət tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar