Məhkəmə qərarları › İş №3(5-137)-124/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-124/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-124/2026 11.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330544) tərtib olunmuşdur ki, o, 531 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədi üzrə 511 manat borcu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 531 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)- 1495/2023 saylı icra sənədi üzrə 511 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, maddi gəlirləri və qiymətli əmlakı olmadığından borcunu indiyədək ödəyə bilməmişdir. Hal-hazırda 250 manat ödəniş edib qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədi üzrə cəmiyyətin xeyrinə 511 manat ödənilməsi borclu X2 tərəfindən indiyədək təmin edilməmişdir. Ondan tələbin tam şəkildə birdəfəlik ödəməsi tələb olunur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 531 manat əsas borc və 30 manat dövlət rüsumu tutulub Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e294649/2023-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ rayon İPŞ tərəfindən verilmiş arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs MMC-yə 511 manat borcu var. İşdə olan əməliyyat nömrəsi ********* olan qəbzin surətinə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs MMC-nin hesabına 250 manat ödəniş etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs MMC-yə 511 manat borcu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. xx.xx.2026-cı il tarixdə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədi üzrə 250,0 manat ödənilmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1495/2023 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 2330544) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar