Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-125/2026 24.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhrəman oğlunun iştirakı ilə, Şəxs Qəhrəman oğlu barəsində AR İXM-nin 264.0.2-ci maddəsi ilə olan «inzibati xəta haqqında» xx.xx.2026-cı il tarixli ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Qəhrəman oğlu barəsində AR İXM-nin 264.0.2-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat (inzibati xəta haqqında» xx.xx.2026-cı il tarixli ******* nömrəli protokol üzrə) başlanmışdır ki, o, idarəçilik etdiyi Qəbələ rayonu, Hacallı kəndində yerləşən “Sərin məkan” adlı iaşə obyektinin içməli və digər su təminatını heç bir müqavilə olmadan su təsərrüfatı qurğularını zədələyərək təmin etməklə su təsərrüfatı qurğuları və və avadanlığının istismar qaydalarını pozmuşdur. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi X4 göstərmişdir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2026-cı il tarixli 0038 saylı sərancamı əsasında xidməti ərazi üzrə su qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində xx.xx.2026-cı il tarixdə keçirilən yoxlama zamanı Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən və kəndin içməli su tələbatını ödəyən “X5 Sistemlərinin İstismarı İdarəsinin balansında olan 20/U-6 subartezian quyusundan (40*50,29.20*N şimal enliyi, 47*43,31.70 E şərq uzunluğu koordinatlarda) yaxınlığında yerləşən “Sərin məkan” adlı iaşə obyektinə rezin şlaqla su verilməsi faktı aşkar edilmiş və araşdırma nəticəsində “Sərin məkan” adlı iaşə obyektinin Şəxs Qəhrəman oğlu tərəfindən qeyri-rəsmi qaydada idarə edildiyi müəyyən edilmişdir. Ona görə də, Şəxs Qəhrəman oğlu barəsində AR İXM-nin 264.0.2-ci maddəsi ilə olan “inzibati xəta haqqında» xx.xx.2026-cı il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhrəman oğlu izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Mamaylı kəndində yaşayır və altı aydır ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən “Sərin məkan” adlı iaşə obyektini qeyri-rəsmi olaraq işlədir. Həmin kafenin içməli su təminatı Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən 20/U-6 subartezian quyusundan rezin şlanqla çəkilən su xətti vasitəsilə ödənilir və sudan rəsmi icazə sənədi olmadan istifadə edilir. Onun fərdi sahibkar statusu yoxdur və ətraf mühitə mənfi təsir göstərən fəaliyyəti olmamışdır. Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən 20/U-6 subartezian quyusundan rezin şlanqla su götürməyin qanunsuz olduğunu bilməmiş və ona bu barədə indiyədək bildirilməmişdir. Ona görə də, barəsində AR İXM-nin 264.0.2-ci maddəsi ilə olan “inzibati xəta haqqında» xx.xx.2026-cı il tarixli ******* nömrəli protokol qanunsuz hesab edilməlidir. İşdə olan xx.xx.2026-cı il tarixli 002468 nömrəli Aktda göstərilmişdir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2026-cı il tarixli 0038 saylı sərancamına əsasən su qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən yoxlama zamanı Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən 20/U-6 subartezian quyusundan (40*50,29.20*N şimal enliyi, 47*43,31.70 E şərq uzunluğu koordinatlarda) onun yaxınlığında yerləşən “Sərin məkan” adlı iaşə obyektinə suyun hidrotexniki qurğunun istismar qaydaları pozularaq birbaşa verilməsi faktı aşkar edilmiş və yerində aparılan araşdırma nəticəsində “Sərin məkan” adlı iaşə obyektinin Şəxs Qəhrəman oğlu tərəfindən qeyri-rəsmi idarə edildiyi müəyyən edilmişdir. İşdə olan Qəbələ SMSİİ tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-53-2-36/2-26/2025 saylı məlumata əsasən Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən 20/U-6 subartezian quyusu X5 Sistemlərinin İstismarı İdarəsinin balansındadır və Şəxs Qəhrəman oğluna məxsus iaşə obyekti ilə Qəbələ SMSİİ arasında sudan istifadəyə dair heç bir rəsmi icazə sənədi yoxdur. AR Su Məcəlləsinin 38-ci maddəsinə əsasən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Məcəllənin 40-cı maddəsinin 1-ci abzasına əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Qəhrəman oğlu idarəçilik etdiyi Qəbələ rayonu, Hacallı kəndində yerləşən “Sərin məkan” adlı iaşə obyektinin içməli və digər su təminatını X5 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən 20/U-6 subartezian quyusundan heç bir müqavilə olmadan rezin şlanqla çəkilən su xətti vasitəsilə təmin etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Qəhrəman oğlu idarəçilik etdiyi Qəbələ rayonu, Hacallı kəndində yerləşən “Sərin məkan” adlı iaşə obyektinin içməli və digər su təminatını X5 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən 20/U-6 subartezian quyusundan heç bir müqavilə olmadan rezin şlanqla çəkilən su xətti vasitəsilə təmin etməklə su təsərrüfatı qurğuları və avadanlığının istismar qaydalarına riayət etməyərək AR İXM 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Qəhrəman oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə təqsirli bilinsin və 600 (altı yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-125/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-125/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver