Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-128/2026 13.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. 1995-ci il sentyabrın 18-də Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, N.Tusi küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 fevral 2026-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 16 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs 180 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 13 fevral 2026-cı il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 göstərdi ki, 16 yanvar 2026-cı il tarixdə Qəbələ rayonu, Həmzəli kənd sakini X3 “DİN”-in “102” xidmətinə zəng edərək anası Zərərçəkmiş şəxs özünü rəfiqəsi Ulduz Hacıyeva kimi təqdim edən şəxsin watsapp sosial şəbəkəsində yazaraq 180 manat borc pul istəməsi, anasının onlayn şəkildə göndərdiyi 180 manat pulun dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Keçirilən tədbirlər nəticəsində kart sahibinin Şəxs olduğu və hesaba pul köçdüyü müəyyən eidlmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda zərər çəkmiş şəxs şikayətini geri götürmədiyindən iş məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü əvvəl Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, izahatında yazdığı kimi pula ehtiyacı olduğundan, işsiz olduğundan ödənişlərini edə bilmirdi. İnternet vasitəsi ilə zərərçəkmiş şəxsin nömrəsini tapdığını və daha əvvəl onu tanımadığını bildirdi. Daha sonra isə məhkəmə iclasının sonunda ifadəsini dəyişərək kartını qaynına verdiyini, ona iş üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirdi ki, 16 yanvar 2026-cı il tarixdə rəfiqəsi Ulduz Hacıyevaya məxsus ********** nömrəli mobil nömrədən watsapp vasitəsi ilə ona məktub gəldi, məktubu oxuyan zaman rəfiqəsi Ulduz Hacıyeva olduğunu, rəfiqəsi lombarda getdiyini, lakin pulu unudaraq evdə qoyduğunu ona 180 manat pul lazım olduğunu, 2 saat sonra qaytaracağını bilmişdir. Bundan şübhələnmiş, lakin sonradan qarşı tərəf öz övladının və onun övladının adını yazdıqdan sonra əmin olub, verilən kart hesabına onlayn qaydada 180 manat pul göndərmişdir. Sonradan rəfiqəsi Ulduz Hacıyevaya ilə danışdığı zaman onun watsapp hesabının ələ keçirildiyini, ona yazaraq pul alan şəxsin digər tanımadığı şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs tərəfindən ona qaytarılan 180 manatı qəbul etsə də onunla barışmır və onun barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ziyanın ödənilməsini nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələn RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Fərid Nizamlı tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, 16 yanvar 2026-cı il tarixdə özünü rəfiqəsi Ulduz Hacıyeva kimi təqdim edən, “Kapital Bank”-a məxsus **********119273 nömrəli kart sahibinin naməlum istifadəçisi Zərərçəkmiş şəxs aldadaraq 180 (yüz səksən) manat pulunu borc kimi aldığını deyib dələduzlq yolu ilə ələ keçirmişdir.Törədilmiş əməl nəticəsində Zərərçəkmiş şəxs 180 (yüz səksən) manat maddi ziyan dəymişdir.Göstərilən əməl cinayət tərkibi yaratmadığından, AR İXM-nin 227-ci maddəsinə əsasən xırda talama hesab edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 180 manat pulu dələduzluq yolu ilə ələ keçirən şəxs və ya şəxslərin müəyyən edilərək barələrində inzibati icraat başlanması üçün qərarın surəti Qəbələ RPŞ İB-yə verilmişdir. İş materiallarında olan 29 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadla inzibati iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin KMQ-nın baş əməliyyat müvəkkili polis leytenantı Taleh Ağamoğlanlının 09 fevral 2026-cı il tarixli raportuna əsasən müəyyən edilir ki, özünü Ulduz Hacıyeva kimi təqdim edən şəxsin **********119273 saylı Kapital Bank kart sahibini müəyyən etmək üçün əməliyyat məlumatları əsasında iş aparılaraq şəxsin Şəxs olduğu, şəxsin adına ********** nömrəli mobil nömrənin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs watsapp hesabında aparılan yazışmalardan müəyyən edilir ki, barəsində inzibati icraat aparılan şəxs Ulduz Hacıyevanın adından istifadə edərək “lombarda gəldiyini, pulu evdə qaldığını, 180 manat pul lazım olduğunu, 2- 3 saata qaytaracağını bildirərək, **********119273 nömrəli kart hesabını göndərmiş, zərərçəkmiş şəxs kartın kimin adına olduğunu bildirdikdə, o, lombarddakı oğlan Röyalın adına olduğunu bildirmişdir”. İş materiallarında olan qəbzdən çıxarışa əsasən müəyyən edilir ki, 16 yanvar 2026-cı il tarixdə saat 18:15-də 180 manat pul Zərərçəkmiş şəxs kart hesabından Şəxs kart hesabına köçürülmüşdür. 12 fevral 2026-cı il tarixdə Şəxs inzibati qaydada tutularaq barəsində inzibati qaydada tutulma haqqında protokol tərtib edilmiş və izahatı alınmışıdır. İş materiallarında olan Şəxs tərəfindən verilmiş 12 fevral 2026-cı il tarixli izahatından görünür ki, 2 aydır işsiz olduğundan maddi vəziyyəti çətindir 2 az yaşlı övladı var, kredit ödənişlərini edə bilmirdi. Evdə olarkən əvvəldən tanımadığı ********** nömrəli mobil nömrənin watsapı üzərindən sms yazıb həmin nömrənin sahibinə rəfiqəsi olduğunu bildirdirmiş və ondan 180 manat borc pul istəmiş, daha sonra ona məxsus **********119273 saylı kart hesabını qeyd olunan nömrənin watsapına göndərmişdir. Bir az sonra həmin hesaba 180 manat pul köçmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs əvvəl 12 fevral 2026-cı il tarixli izahatına uyğun izahat verərək təqsirini boynuna almasını, sonradan ifadəsini dəyişərək kartını digər şəxsə verməsini və onun istifadəsində olmadığına dair dəlillərini məhkəmə məsuliyyətdən yayınmaq və özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs 180 manat pulunu dələduzluq yolu ilə ələ kəçirərək Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.1.7-cü maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulan ziyanı zərərçəkmiş şəxsə məhkəmə iclasında ödəməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal hesab edir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, eyni zamanda ilk dəfə inzibati xəta törətməsini də inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan başqa həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Abşeron Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №3(5-137)-128/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-128/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver