Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-134/2026 16.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.2009-cu ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol (xx.xx.2025-ci il tarixli MN 2224401) tərtib edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə saat 01:30 radələrində Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən “Baron” adlı çayxananın qarşısında qəsdən uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2026-cı il tarixdə saat 21:00 radələrində Tüntül kənd sakini, əvvəllər onunla birgə işləmiş Rəfail adlı şəxsin təklifi ilə Ağdaş şəhərinə gedərək kafelərin birində 3 bakal pivə içmiş və sonra Qəbələ şəhərinə qayıdaraq saat 01:30 radələrində “Baron” adlı çayxananın qarşısına gəlmişdir. Küçədə olarkən Elgün adlı tanışı ona zəng vurmuş və onunla danışarkən aralarında mübahisə yaranmış və sərxoş vəziyyətdə olduğundan küçədə səs-küy salmış və uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt əmisi oğlu Şahid onu sakitləşdirmək məqsədilə tutub zorla maşına əyləşdirmək istəmiş, ərazidə xidmət edən PPX əməkdaşları onlara yaxınlaşmış və ictimai asayişin pozulması ilə bağlı izahatlarının alınmasından ötrü Qəbələ RPŞ-yə aparıb Növbətçi Hissəhyə təhvil vermişlər. Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, o, ailə üzvləri ilə ilə birlikdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayır və fəhlə işləyir. Şəxs onunla birlikdə yaşayır və Yemişanlı kənd tam orta məktəbin 11-ci sinfində oxuyur. Şəxs əvvəllər dərslərini yaxşı oxusa da, getdikcə dərslərə laqeyd yanaşmış və zəifləmişdir. İş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, Şəxs əmisi oğludur.xx.xx.2026-cı il tarixdə saat 01:00 radələrində Şəxs anası İsmayılova Vahidə ona zəng edərək Uğurun Qəbələ şəhərində sərxoş vəziyyətdə olduğunu bildirmiş və onu evə gətirməsini xahiş etmişdir. O, Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən “Baron” adlı çayxananın qarşısına getmiş və Uğurun telefonla danışaraq uca səslə qışqıraraq nalayiq ifadələr işlətdiyini görüb onu avtomobilə əyləşdirib aparmağa çalışmışdır. Bu zaman ərazidə xidmət edən PPX əməkdaşları onlara yaxınlaşmış və ictimai asayişin pozulması ilə bağlı izahatlarının alınması üçün xidməti avtomobilə əyləşdirib Qəbələ RPŞ-yə aparıb Növbətçi Hissəhyə təhvil vermişlər. İşdə olan xx.xx.2025-ci il tarixli 39 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən saat 02:20 radələrində müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (1,960 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli 40 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən saat 11:26 radələrində müayinə olunan Şəxs müayinə olunarkən ayıq olmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və şahidi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlüdür. Şəxs inzibati xətanı törədərkən yetkinlik yaşına çatmaması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112,115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. . Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-134/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-134/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver