Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-148/2026 05.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ RPŞ-nin polis kapitanı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə anadan olmuş, AR vətəndaşı, Qəbələ rayonu, Bum qəsəbəsi yaşayan Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахаraq MÜƏYYƏNETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6952174) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “Vaz 21074 minik” markalı **-OS-*** dövlət nömrə nişanlı avtomaşınla Qəbələ-Bum yolu ilə Bum qəsəbəsi istiqaməti ilə hərəkətdə olarkən yolun sağ kənarından çıxıb əks istiqamətli hərəkət zolağına doğru hərəkət edən «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomobildən yayınmaq məqsədilə sola tərəf manevr etmiş və «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomobillə ön tərəfdən toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində özünə məxsus olan “Vaz 21074 minik” markalı **-OS-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərək Qəbələ- Bum yolu ilə Bum qəsəbəsi istiqaməti ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanmış «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomobilin sola tərəf manevr etdiyini görüb qəzadan yayınmaq məqsədilə yolun əks istiqamətli hərəkət zolağına çıxmış və «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. YNH nəticəsində onun idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs xəsarət almışdır. YNH-nin baş verməsində o deyil, «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü təqsirkardır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində o, Şəxs idarə etdiyi “Vaz 21074 minik” markalı **-OS-*** dövlət nömrə nişanlı avtomobillə Qəbələ- Bum yolu ilə Bum qəsəbəsi istiqamətində hərəkətdə olarkən Şəxs yolun sağ kənarında dayanmış «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomobilin sola tərəf manevr etdiyini görüb qəzadan yayınmaq məqsədilə yolun əks istiqamətli hərəkət zolağına çıxmış və «Mercedes Benz C180 minik» markalı **-BQ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində o, yüngül dərəcəli bədən xəsarəti almışdır. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmişdir ki, MTE-nin PB-nin Qəbələ rayon şöbəsində müayinə zamanı Zərərçəkmiş şəxs (430 nömrəli rəyə əsasən) bədən səthində sağ baldırın ön orta 1/3-nin toxuma deffekti ilə müşayiət olunan xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən törənmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir və xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilməsi istisna edilmir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərininyetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldıraraq zərərçəkmiş şəxslə barışması Şəxs məsuliyyətini yüngülləşdirən haldılr. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alıb barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(5-137)-148/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-148/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver