Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-156/2026 25.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. 1998-ci ilin mayın 31-də Qəbələ rayonu, Zarağan kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 fevral 2026-cı il tarixdə Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının ətrafında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla əlaqədar olaraq, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 25 fevral 2026-cı il tarixli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının ətrafında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olmasını, gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin seçilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X6 RPŞ-nin rəisi polis polkovniki Fəxrəddin Abbasova ünvanladığı raportunda xx.xx.2026-cı il tarixdə Qəbələ RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leyetnantı X2 ilə Qəbələ RPŞ-nin inzibati binasının yaxınlığında olarkən bir nəfər şəxsin sərxoş halda ünvansız olaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini gördüyünü, həmin şəxsə yaxınlaşaraq özünü təqidm etdiyini və ona ətrafda olan digər şəxslərin olduğunu bildirərək nizam-intizama dəvət etdiyini, lakin, o irada məhəl qoymayaraq daha da səs tonunu qaldıraraq sərxoş halda ünvansız nalayiq ifadələr işlətməyə davam etdiyini, nəticədə tərəfindən Qəbələ RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verildiyi qeyd edilmişdir. İşdə olan 24 fevral 2026-cı il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:47-də müayinə olunmuş və alkoqolun miqdarı 2,426 promilli olmuş, ağır dərəcəli sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan 24 fevral 2026-cı il tarixli, AZA 027652 nömrəli “X9 Haqqında” protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Qəbələ RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X1 izahatında qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Cavid Cabbarlı ilə birlikdə Qəbələ RPŞ-nin inzibati binasının ətrafında olarkən adı onlara sonradan məlum olan Qəbələ rayonu, Zarağan-2 ünvanında qeydiyyatda olan Şəxs ictimai yerdə, uca səslə nalayiq ifadələr işlətdiyini müşahidə etdilər. Ona yaxınlaşaraq özlərini təqdim etdilər. Etdiyi hərəkətin ictimai qaydaya zidd olduğunu, ətrafda yaşayan insanların narahatlığına səbəb olduğunu, törətdiyi əməlin qanunazidd olduğunu izah etdilər. Lakin, o, məhəl qoymayaraq eyni məzmunlu hərəkətlərini davam etdirdi. Davranışlardan həmçinin, kəskin spirt qoxusu gəlməsindən onun spirtli içkinin təsiri altında olduğunu güman etdilər. Ona etdiyi hərəkətlərin qanun pozuntusu olmasını izah etdikdə, onlara məhəl qoymamış, “siz kimsiniz, mən nə istəsəm edərəm, heç kim mənə mənə heç nə edə bilməz, özüm bilərəm, nə edirəm” kimi ifadələr işlətmişdir. Ətrafda insanların bundan narahat olduğunu, etdiyi hərəkətlərlə cəmiyyətə açıq hörmətsizlik etdiyini gördükləri üçün şəxsi Qəbələ RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X3 izahatından müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Cavid Cabbarlı ilə birlikdə Qəbələ RPŞ-nin inzibati binasının ətrafında olarkən adı onlara sonradan məlum olan Qəbələ rayonu, Zarağan-2 ünvanında qeydiyyatda olan Şəxs ictimai yerdə, uca səslə nalayiq ifadələr işlətdiyini müşahidə etdilər.Ona yaxınlaşaraq özlərini təqdim etdilər. Etdiyi hərəkətin ictimai qaydaya zidd olduğunu, ətrafda yaşayan insanların narahatlığına səbəb olduğunu, törətdiyi əməlin qanunazidd olduğunu izah etdilər. Lakin, o, məhəl qoymayaraq eyni məzmunlu hərəkətlərini davam etdirdi. Davranışlardan həmçinin, kəskin spirt qoxusu gəlməsindən onun spirtli içkinin təsiri altında olduğunu güman etdilər. Ona etdiyi hərəkətlərin qanun pozuntusu olmasını izah etdikdə , onlara məhəl qoymamış, “siz kimsiniz, mən nə istəsəm edərəm, heç kim mənə mənə heç nə edə bilməz, özüm bilərəm, nə edirəm” kimi ifadələr işlətmişdir. Ətrafda insanların bundan narahat olduğunu, etdiyi hərəkətlərlə cəmiyyətə açıq hörmətsizlik etdiyini gördükləri üçün şəxsi Qəbələ RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Qəbələ RPŞ-nin əməkdaşı X5 izahat verərək bildirdi ki, iş yoldaşı X2 ilə şöbədən çıxdıqda səs-küy eşitmiş, yaxınlaşdıqda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nalayiq ifadələr işlədərək yol boyunca aşağıya gəldiyini görmüşlər. Ona irad bildirdikdə dedi ki, “özüm bilərəm, sizə aidiyyəti yoxdu”. Uca səslə nalayiq ifadələr işlədirdi. Ətrafda adamlar var idi. Məhkəmə iclasında şahid qismində dindirilən Qəbələ RPŞ-nin əməkdaşı X2 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yaxınlaşdıqda gördülər ki, sərxoş vəziyyətdədir, nalayiq ifadələr işlədir, ətrafdakıları narahat edir. İntizama dəvət etdilər, lakin hərəkətlərini davam etdirirdi. Sərxoş olduğundan heç bir sənəd təqdim edə bilmədi. Gətirib aidiyyəti üzrə təhvil verdilər, çox içkili olduğu üçün gec ayıldı. Beləliklə, Şəxs xx.xx.2026-cı il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının ətrafında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətməsi, polis əməkdaşlarının iradından sonra da həmin hərəkətləri davam etdirərək ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq hərəkəti etməsi iş materialları ilə, o cümlədən özünün və şahidlərin məhkəmə iclasında verdiyi izahatlarla tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsdə saxlama müddətinin əvvəli 24 fevral 2026-cı il saat 17:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 fevral 2026-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №3(5-137)-156/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-156/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver