Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-16/2026 10.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) barəsində AR İXM-nin 539.1-1-ci maddəsi ilə olan «inzibati xəta haqqında» xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində AR İXM-nin 539.1-1-ci maddəsi ilə ondan ötrü «inzibati xəta haqqında» iş üzrə (xx.xx.2026-cı il tarixli MN ******* nömrəli «inzibati xəta haqqında» protokol üzrə) icraat bağlanmışdır ki, elektron informasiya sisteminə daxil edilmiş aktiv əmək müqavilələrində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqı məbləğinə uyğunlaşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixədək düzəliş edilməsi haqqında AR ƏƏSMN DƏMXnin Şəki-Zaqatala Regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-114249/2025 saylı icrası məcburi olan göstərişi cəmiyyət tərəfindən icra edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 3-17-5/2-114249/2025 saylı “İcrası Məcburi Göstəriş”in surətinə əsasən Şəxs MMC-yə AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən elektron informasiya sisteminə daxil edilmiş aktiv əmək müqavilələrində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqı məbləğinə uyğunlaşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixədək düzəliş edilməsi haqqında icrası məcburi olan göstəriş verilmiş və göstərişin icra olunmamasına görə AR İXM-nin 539.1-1-ci maddəsi ilə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC elektron informasiya sisteminə daxil edilmiş aktiv əmək müqavilələrində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqı məbləğinə uyğunlaşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixədək düzəliş edilməsi haqqında AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-114249/2025 saylı icrası məcburi olan göstərişini icra etməyərək AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Ona görə də o, İXMnin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (Hüquqi ünvan: ünvan 1 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(5-137)-16/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-16/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver