Məhkəmə qərarları › İş №3(5-137)-161/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-161/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-161/2026 26.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330551) tərtib olunmuşdur ki, o, xx.xx.2015-ci il tarixdən başlayarq 25 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tələbkar X1 xeyrinə hər ay 70 (yetmiş) manat məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2025-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədinə münasibətdə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək 3208 manat məbləğində borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixdən başlayarq 25 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tələbkar X1 xeyrinə hər ay 70 (yetmiş) manat məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 saylı icra sənədi üzrə tələbi icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə tələbi mütəmadi qaydada ödəmiş, lakin ödənişlər hər dəfə natamam olduğundan cəmi 3208 manat ödənilməmiş aliment borcu yaranmışdır. Alimenti fəhlə kimi təsadüfi işlərin görülməsindən əldə etdiyi qazancla ödəyir və imkan daxilində borcunu tam şəkildə ödəmək niyyətindədir. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 saylı icra sənədi üzrə indiyədək 3208 manat məbləğində vəsaitin ödənilməsi təmin edilməmişdir. Şəxs qazancını və gəlirlərini gizlədərək alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 saylı icra sənədi üzrə yaranmış borcu tam şəkildə birdəfəlik ödəməsini Şəxs tələb edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdən başlayarq 25 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 70 (yetmiş) manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2015-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(025)-37/2018 saylı Qərarının surətinə əsasən Şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli 5/144-35917-12 nömrəli məlumata əsasən xx.xx.1989-cu il təvəllüdlü Şəxs barəsində xx.xx.2021-ci il tarixdə 590734 nömrəli axtarış işi açılmışdır. İşdə olan Qəbələ rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 15/3-13-89/2-9444 nömrəli məlumata əsasən xx.xx.1989-cu il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə 590033 nömrəli axtarış işi açılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(025)-319/2025 saylı Qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, 3-16-35- 58/2-57361/2026 nömrəli arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-323/2015 saylı icra sənədi üzrə Şəxs tələbkara 3208 manat ödənilməmiş aliment borcu qalmaqdadır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiəsi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil hazırki işin baxılması ilə bağlı cəmi 2 saat vaxt sərf etmişdir. AR İXM-nin 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22,0 (iyirmi iki) manat məbləğində pul Dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 fevral 2026-cı il tarixdən saat 10:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə dövlət büdcəsinin hesabından müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil hesabına 22 (iyirmi iki) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar