Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-188/2026 04.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ RPŞ-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1973-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2026-cı il tarixli MN 2224200) tərtib edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və və heç yerdə işləmir. xx.xx.2026-cı il tarixdə bacıları ilə aralarında olan əmlak mübahisəsi ilə əlaqədar Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən sahə polis məntəqəsinə getmiş və şöbənin qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin tarixdə spirtli içkinin təsiri altında olduğundan etdiyi əməlin fərqində olmamışdır. İşdə olan xx.xx.2026-cı il tarixli 49 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən saat 20:05 radələrində müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (1,808 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli 50 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən saat 10:20 radələrində müayinə olunan Şəxs müayinə olunarkən ayıq olmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli AZA 027650 nömrəli inzibati qaydada tutma haqqında Protokola əsasən Şəxs oğlu həmin gün saat 22:25-də AR İXM-nin 510.1-ci maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 mart 2026-cı-cı il, saat 22:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-188/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-188/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver