Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-189/2026 04.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ RPŞ-nin polis sahə rəisi X1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2026-cı il tarixdə Qəbələ ryonu, Dızaxlı kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə evlənmiş və onunla birlikdə özünə məxsus olan Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Onların həmin nikahdan iki övladı olmuş, lakin indiyədək normal münasibətlər qurub yola gedə bilməmişlər. xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs evdən gedərkən ona məxsus olan Oppo markalı telefon və qulaqcığı da özü ilə apardığı üçün AR DİN–nin “102” qaynar xəttinə müraciət etmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. İş üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Şəxs ilə 2021-ci ildə evlənmiş və onunla birlikdə özünə məxsus olan Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Onların həmin nikahdan iki övladı olmuş, lakin indiyədək normal münasibətlər qurub yola gedə bilməmişlər. xx.xx.2026-cı il tarixdə Şəxs sərxoş vəziyyətdə evə gələrək onu “tik-tok” sosial şəbəkəsində dilənməyə məcbur etmiş, imtina etdiyinə görə saçını yolmuş və sol əlinin biləyindən tutaraq əlini yanan sobanı üzərinə qoyub yandırmışdır. Ona görə də, Şəxs şikayətçidir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətinə əsasən xx.xx.2026-cı il tarixdə MTE və PA birliyinin Qəbələ rayon şöbəsində müayinə olunarkən Zərərçəkmiş şəxs bədəni üzərində sol əlin 2-ci və 3cü barmaqlarının üst səthinin termik yanığı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlərin sağlamlığa zərər vurulmayan bədən xəsarətləri olduğu və 4-5 gün əvvəl yüksək hərarətin təsirindən törənə biləcəyi mü.yyən edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxsnın himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 adında uşaqları vardır. Himayəsində iki nəfər azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmali və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 mart 2026-cı-cı il, saat 11:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-189/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-189/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver