Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-19/2026 13.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1998-ci ildə Qəbələ rayonu, Yemişanlı kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Yemişanlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-ci il tarixli MN 2330525) tərtib olunmuşdur ki, o, 477 manat əsas borc, 5 manat cərimə, ümumilikdə 482 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1598/2024 saylı icra sənədi; 308 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Zərərçəkmiş şəxs2 xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 saylı icra sənədi; 512,20 manat əsas borc, 132,10 manat faiz borcu olmaqla, ümumilikdə 644,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 11 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 saylı icra sənədi; 135 manat borcun “BOKT AZPUL MMC-nin xeyrinə ödəməsi barədə Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-32521 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1598/2024 saylı icra sənədi üzrə 512 manat, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 saylı icra sənədi üzrə 338 manat, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 saylı icra sənədi üzrə 685,3 manat, Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-32521 saylı icra sənədi üzrə 135 manat borcu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 477 manat əsas borc, 5 manat cərimə, ümumilikdə 482 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1598/2024 saylı icra sənədi; 308 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Zərərçəkmiş şəxs2 xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 saylı icra sənədi; 512,20 manat əsas borc, 132,10 manat faiz borcu olmaqla, ümumilikdə 644,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 11 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 saylı icra sənədi; 135 manat borcun “BOKT AZPUL MMC-nin xeyrinə ödəməsi barədə Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-32521 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, maddi gəlirləri və qiymətli əmlakı olmadığından borcunu indiyədək ödəyə bilməmişdir. Ona görə də, qeyd olunan icra sənədləri üzrə borcun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1598/2024 saylı icra vərəqəsinə əsasən, 477 manat əsas borc, 5 manat cərimə, ümumilikdə 482 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1598/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e11460/2025-11-5-002 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1598/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 saylı icra vərəqəsinə əsasən, 308 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e28749/2022-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 saylı icra vərəqəsinə əsasən, 512,20 manat əsas borc, 132,10 manat faiz borcu olmaqla, ümumilikdə 644,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 11 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli e154874/2021-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-32521 saylı icra vərəqəsinə əsasən, 135 manat borcun “BOKT AZPUL MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ- 32521 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e137655/2024-11-9-002 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-32521 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2026-cı il tarixli, 35 № 13-13-89/2-1281 nömrəli məlumata əsasən xx.xx.1998-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2026-cı il tarixdə 590441 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-1598/2024 saylı icra sənədi üzrə 512 manat, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1598/2021 saylı icra sənədi üzrə 338 manat, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-662/2021 saylı icra sənədi üzrə 685,3 manat, Bakı şəhəri 54 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-32521 saylı icra sənədi üzrə 135 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsulliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiəsi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil hazırki işin baxılması ilə bağlı cəmi 1 saat vaxt sərf etmişdir. AR İXM-nin 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs göstərilmiş 1 saat hüquqi xidmətə görə Vəkil 11,0 (on bir) manat məbləğində pul Dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 yanvar 2026-cı il, saat 16:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. . Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-19/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-19/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver