Məhkəmə qərarları › İş №3(5-137)-193/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-193/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-193/2026 10.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1972-ci ildə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, AR vətəndaşı, subay, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 510.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2026-cı il tarixli MN 2224389) tərtib edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, fərdi qaydada ev quşlarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2026-cı il tarixdə ev quşları almaq məqsədilə Qəbələ rayonu Mirzəbəyli kəndinə gəlmiş, lakin heç kimi tapa bilməyərək geri qayıtmışdır. Həmin gün CAB-ın əməliyyat müvəkkili X4 ona zəng edərək Qəbələ rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar izahatını almaq üçün polis şöbəsinə dəvət etmiş, o da Qəbələ RPŞ-nə getmiş və bir neçə gün əvvəl də bu cür hadisə ilə bağlı polis şöbəsinə çağırıldığı üçün özündən asılı olmadan əsəbləşərək şöbənin qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. İş üzrə şahid X4 göstərmişdir ki, o, Qəbələ RPŞ CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə X1 xırdabuynuzlu heyvanının oğurlanması ilə bağlı müraciəti əsasında Şəxs izahatını almaqdan ötrü Qəbələ rayon polis şöbəsinə dəvət etmişdir. Qəbələ RPŞnin qarşısında olarkən Şəxs gəldiyini görüb yaxınlaraq onu inzibati binaya dəvət etmişdir. Həmin vaxt Şəxs polis şöbəsinə çağırılmasına etiraz etmiş və səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onunla profilaktiki söhbətlər apararaq sakitləşdirməyə çalışsalar da, nəticəsi olmamışdır. Ona görə də, Şəxs saxlanaraq barəsində qanuni tədbir görülməsindən ötrü Növbətçi Hissəyə təhvil verilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli AZA 027649 nömrəli inzibati qaydada tutma haqqında Protokola əsasən Şəxs oğlu həmin gün saat 13:00-da AR İXM-nin 510.1-ci maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın baş vermə şəraitini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat cərimə edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar