Məhkəmə qərarları › İş №3(5-137)-206/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-206/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-206/2026 10.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs Faiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Həmzəlli kəndinə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Həmzəlli kəndinə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2026-ci il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində, qonşusu Zərərçəkmiş şəxs Faiq oğlunu döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Həmzəlli kəndində yaşayır və Zərərçəkmiş şəxs Faiq oğlu ilə qonşudur. xx.xx.2026-cı il tarixdə yol kənarında dayanarkən Zərərçəkmiş şəxs onun itinə daş atdığını görüb ondan iti nə üçün vurduğunu soruşmuş və aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyi üçün ona bir dəfə şillə vurmuşdur. Sonradan əməlindən peşman olub üzrxahlıq istəsə də Zərərçəkmiş şəxs onunla barışmamışdır. İş üzrə Zərərçəkmiş şəxs Faiq oğlu izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Həmzəlli kəndində yaşayır və Şəxs ilə qonşudur. xx.xx.2026-cı il tarixdə Qəbələ rayon, Həmzəlli kəndində Şəxs iti üzərinə gəldiyi üçün ona tərəf daş atmışdır. Şəxs itinə görə onunla mübahisə etmiş və onun sol qulaq nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Bundan sonra o, DİN-nin qaynar xəttinə zəng edərək Tahirin hərəkətləri barədə məlumat vermişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətinə əsasən əsasən MTE-nin PAB-nin Qəbələ rayon şöbəsində müayinə olunarkən Zərərçəkmiş şəxs Faiq oğlunun bədəni üzərində sağlamlığa zərər vurulmayan bədən xəsarətləri aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törətdiyi inzibati xətanın motivi və məqsədini Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edərək barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar