Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-226/2026 13.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Tikanlı kəndi anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Yemişanlı kəndi qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330557) tərtib olunmuşdur ki, o, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 xeyrinə 24 iyun 2024-cü ildən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-923/2024 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş və 2125 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 xeyrinə 24 iyun 2024-cü ildən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)- 923/2024 saylı icra sənədini icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənələri üzrə bugünədək 1445 manat aliment ödəmiş, maddi imkanına uyğun olaraq natamam ödənişlər etdiyi üçün aliment borcu yaranmış, maddi gəlirləri və qiymətli əmlakı olmadığından borcunu indiyədək ödəyə bilməmişdir. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-923/2024 saylı icra sənədi üzrə indiyədək 2125 manat məbləğində vəsaitin ödənilməsi təmin edilməmişdir. Şəxs qazancını və gəlirlərini gizlədərək alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(025)-923/2024 saylı icra sənədi üzrə yaranmış borcu tam şəkildə birdəfəlik ödəməsini Şəxs tələb edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-923/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 iyun 2024-cü ildən hesablanmaqla 170 manat sabit pul məbləğində aliment tutulub tələbkar X2 xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-923/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e306993/2024-11-5-002 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-923/2024 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-923/2024 saylı icra sənədlərinə əsasən Şəxs icra sənədi üzrə tələbkara 2125 manat ödənilməmiş aliment borcu yaranmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və və icra sənədi üzrə tələbkarı dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X5 adında uşağı vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 mart 2026-cı il, saat 12:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-226/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-226/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver