Məhkəmə qərarları › İş №3(5-137)-3/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-3/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-3/2026 06.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Cəbrayıl rayonu, Horovlu ərazi dairəsi, Çapand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, 121-ci Korpus, ev 15-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 206 və 227-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq ona məxsus olan 170 (yüz yetmiş) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və xx.xx.2026-cı il tarixdə saxlanıldıqdan sonra davranışlarında əsaslı şübhələr yarandığı üçün müvafiq qaydada yoxlanılarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır və heç yerdə işləmir. 2025-ci ilin dekabr ayında “Tiktok” sosial şəbəkəsində tanış olduğu Cavid adında şəxsə özünə məxsus olan ******************** nömrəli ABB kart hesabını 1 ay müddətdə istifadə etməkdən ötrü ona 50,0 manata satmış və hesab nömrəsini ona verdikdən sonra kartı atmışdır. Həmin kart kesabı ilə aparılan əməliyyatlar barədə məlumatı olmamış və köçürülən məbləğləri qəbul etməmişdir. Bundan başqa Cavid adında şəxsə müəyyən müddət ərzində ayrı-ayrı şəxslərdən aldığı müxtəlif banklara aid təxminən 50 kart sataraq ümumilikdə təxminən 5000,0 manat almış və hər dəfə aldığı məbləğlərdən kart sahiblərinə vermişdir. Həmin kart kesabları ilə aparılan əməliyyatlar barədə məlumatı olmamış və köçürülən məbləğləri qəbul etməmişdir. ******************** nömrəli ABB kart hesabı vasitəsilə aparılan əməliyyatların araşdırılmasından ötrü Qəbələ RPŞ-nə çağırıldığını bilərək xx.xx.2026-cı il tarixdə şöbəyə gəlmiş və inzibati qaydada tutulmuşdur. Narkotik vasitə olan marixuanadan arabir istifadə etsə də, həmin vaxt narkotik vasitənin təsiri altında olmamışlar. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20-41 radələrində sinif yoldaşı Şahid istifadəsində olan 055 *** ** ** saylı mobil nömrədən ona vatsap profili vasitəsilə mesaj yazılaraq xəstəlikdən müalicə olunması üçün 200 manat borc istənilmiş, o da mesajda qeyd olunan kart hesabına mobil tətbiq vasitəsilə 170 manat pul göndərmişdir. Şahid zəng etdikdən sonra aldadıldığını başa düşmüş və bu barədə Qəbələ RPŞ-ə məlumat vermişdir. Zərərçəkmiş şəxs daha sonra göstərmişdir ki, Şəxs tərəfindən ona 170 manat qaytarıldığı üçün ondan başqa tələbi və şikayəti yoxdur. . İş üzrə Şahid izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam vaxtı “Tik-tok” sosial şəbəkəsinə daxil olaraq mesaj yazaraq kredit istəmiş, tələb üzrə özü barədə məlumatları və mobil nömrəsini vermiş və sonra telefonuna gələn kodu bildirmişdir. Bundan sonra bir neçə nəfər zəng edərək 200 manat istəməsi barədə ondan mesaj aldığını bildirmiş, o cümlədən Zərərçəkmiş şəxs bildirilən kart hesabına 170,0 manat, X2 isə 55 manat göndərdiyini öyrənmişdir. İşdə olan ABB Bank kartı hesabından çıxarışa əsasən xx.xx.2025-ci il tarixdə X1 5522*******1431 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 170,0 manat köçürülmüşdür. İşdə olan Qəbələ RPŞ TB-nin xx.xx.2026-cı il tarixli qərarının surətinə əsasən Zərərçəkmiş şəxs 170,0 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyə dair şikayəti əsasında açılmış HK-1/1560 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli 027659 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 22-45-də AR İXM-nin 206 və 227-ci maddələri ilə ilə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli 89/2026 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokoluna əsasən tibbi müayinə nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 14 saylı Rəyə əsasən keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs (sidiyin narkotik vasitələrin birmomentli immuno xromotoqrafik test-xətt üsulu ilə müayinəsi zamanı) THC aşkar edilmişdir. Şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətalaları törətmişdir. AR İXM -nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda həmin inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM -nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. AR İXM -nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 yanvar 2026-cı il tarixdən, saat 22:45-dən hesablansın. AR İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Şəxs həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra narkomaniyadan məcburi müalicəyə cəlb edilsin. Şəxs inzibati həbs müddəti başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi tibb müəssisəsinə təhvil verilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın aid edilən hissədə icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar