Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(5-137)-47/2026 14.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli, İXP 7722261) tərtib edilmişdir ki, o, “BMW 318 Minik” markalı ** NJ *** dövlət nömrə nişanlı avtomaşını idarə edərək xx.xx.2025-ci il tarixdə, saat 11:33 radələrində Bakı Şamaxı Yevlax yolunun Yevlax istiqamətində hərəkətdə olarkən müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə AR İXM-nin 328.1-ci maddəsi ilə 10,0 manat cərimə olunması haqqında xx.xx.2025-ci il tarixli EQ 30550023 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir.Aşağıda göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026cı il tarixli, İXP ******* geri qaytarılmalıdır. İşdə olan Elektron informasiya mənbəyinin məlumatına əsasən Şəxs Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Şelli kəndində qeydiyyatdadır. AR İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında”AR Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. “İcra haqqında”AR Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Şelli kəndində qeydiyyatda olduğuna görə barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra edilməməsi yaşayış yerində törədilmişdir. AR İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməlidir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əssən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol AR İXM-nin 100.1.3 və 100.1.4-cü maddələri ilə müəyyən edilmiş tələblərə uyğun gəlmədiyindən geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qəbələ rayon polis şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(5-137)-47/2026
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(5-137)-47/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver