Məhkəmə qərarları › İş №3(5-137)-55/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-55/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-55/2026 05.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1980-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330528) tərtib olunmuşdur ki, o, Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 2995,0 manat borclu qalmışdır.. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)- 1661/2024 saylı icra sənədi üzrə tələbi tam şəkildə ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə cəmi 2410 manat aliment ödəmiş, lakin çətin maddi vəziyyətdə olması ilə əlaqədar natamam ödənişlər etdiyi üçün 2995,0 manat borclu qalmışdır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2026-cı il tarixdə borcundan 1300,0 manat ödəmiş və qalan məbləğin ödənilməsi ilə bağlı tələbkar Zərərçəkmiş şəxs ilə razılaşmışdır. Aliment borcunu tam şəkildə ödəmək niyyətindədir və hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e165469/2024-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Qərarın surətinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(007)-1860/2024 icra sənədi və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 8(007)-325/2025 saylı icra sənədi üzrə borclu xx.xx.1989-cu il təvəllüdlü Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan Şəxs haqqında axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş arayışa əsasən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 saylı icra sənədlərinə əsasən borclu Şəxs icra sənədi üzrə tələbkara 2410 manat ödəmiş, 2995 manat ödənilməmiş aliment borcu yaranmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 saylı icra sənədi üzrə cəmi 2410,0 manat ödəniş etmiş və 2995,0 manat borclu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. xx.xx.2026-cı il tarixdə icra sənədi üzrə 1300,0 manat ödənilmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(003)-1661/2024 saylı icra sənədləri üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 2330528) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar