Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-58/2026 16.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330530) tərtib olunmuşdur ki, 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə 14 aprel 2021-ci ildən hesablanmaqla 130 manat sabit pul məbləğində aliment ödəməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 saylı icra sənədini və 23 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-989/2025 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 1137 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə 14 aprel 2021-ci ildən hesablanmaqla 130 manat sabit pul məbləğində aliment ödəməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)- 490/2021 saylı icra sənədini və 23 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-989/2025 saylı icra sənədini icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, aşıq sənəti ilə məşğul olaraq el şənliklərində saz ifaçısı kimi çıxış edərək qazanc əldə edir və heç yedə işləmir. Artıq xeyli müddətdir ki, toy şənliklərinə dəvət olunmadığından qazancı olmamış və bu səbəbdən hər hansı bir məbləğdə aliment ödəməyərək borclu qalmışdır. Hal-hazırda 200,0 manat ödəmək imkanı olsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlandığı üçün ödənişi həyata keçirtməmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 saylı icra sənədi və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)- 989/2025 saylı icra sənədi üzrə indiyədək 1137 manat məbləğində vəsaitin ödənilməsi təmin edilməmişdir. Şəxs qazancını və gəlirlərini gizlədərək alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 saylı icra sənədi və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-989/2025 saylı icra sənədi üzrə yaranmış borcu tam şəkildə birdəfəlik ödəməsini Şəxs tələb edir. İşdə olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 saylı icra vərəqəsinə əsasən 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 aprel 2021-ci ildən hesablanmaqla 130 manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 330563/2025-11-5 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-989/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e69586/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-989/2025 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-490/2021 saylı icra sənədi və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-989/2025 saylı icra sənədlərinə əsasən Şəxs icra sənədi üzrə tələbkara 1137 manat ödənilməmiş aliment borcu yaranmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və və icra sənədi üzrə tələbkarı dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 yanvar 2026-cı il, saat 17:05-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-58/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-58/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver