Məhkəmə qərarları › İş №3(5-137)-59/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-59/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-59/2026 16.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1968-ci ildə Ağdam rayonu, Ağdamkənd kəndində anadan olmuş, AR vətəndaşı, evli, Ağdam rayonu, Ağdamkənd kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxsn barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330531) tərtib olunmuşdur ki, o, 4000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə ödəməsi barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmiş , həmin icra sənədinə əsasən 4030 manat borcu qalmışır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 4000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə ödəməsi barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 saylı saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, heç bir işlə məşğul olmadığından qazancı olmamış, başqa gəlirləri və qiymətli əmlakı olmadığından borcunu indiyədək ödəyə bilməmişdir. Ona görə də, həmin icra sənədi üzrə borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 saylı icra vərəqəsinə əsasən 4000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 117343/2020-11-9-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 nömrəli icra sənədi üzrə borclu Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan Ağdam rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-61/2-10227/2024 nömrəli məlumata əsasən xx.xx.1968-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2024-cü il tarixdə 211255 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-581/2020 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs 4030 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 yanvar 2026-cı il tarixdən saat 17:35-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar