Məhkəmə qərarları › İş №3(5-137)-71/2026

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(5-137)-71/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(5-137)-71/2026 21.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X12 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş, AR vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330533) tərtib olunmuşdur ki, o, X2 xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il X5 yetkinlik yaşına çatandək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)- 963/2022 nömrəli və xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılmaları üçün tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-59/2025 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 1985 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, X2 xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il X5 yetkinlik yaşına çatandək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 nömrəli və xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılmaları üçün tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-59/2025 saylı icra sənədini indiyədək icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, 2-ci Qarabağ müharibəsində iştirak edərək müxtəlif dərəcəli travmalar almış və müalicə aldığı üçün müəyyən müddət işləyə bilməmişdir. Halhazırda fərdi qaydada fəhlə işləyərək gündəlik qazanc əldə edir və yanvar ayında 300 manat ödəniş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(025)-59/2025 saylı icra sənədləri üzrə ödəniş etməkdən ötrü möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il X5 yetkinlik yaşına çatandək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e292453\2022-11-5-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-59/2025 saylı icra vərəqəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 saylı qətnaməsi ilə xx.xx.2015-ci il X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü cavabdeh Şəxs tutulan alimentin məbləği indeksasiya məqsədilə uşaqların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minumum əməkhaqqının 0,4 mislinə uyğun olaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-59/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e59170/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-59/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(025)-482/2023 saylı qərardan çıxarışının surətinə əsasən borclu Şəxs Ar İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(025)-59/2025 saylı icra sənədləri üzrə Şəxs X3 1985 manat borcu vardır. İşdə olan AR Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 997 saylı məktubun surətinə əsasən Şəxs xx.xx.2025-ci lil tarixdən “üzvi mənşəli labil astenik pozğunluq” diaqnozu ilə Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75.0.1-ci madəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi ( inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü madəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 99.1.1-ci madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraatın başlanma səbəbidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən .....inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu madəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-963/2022 nömrəli və xx.xx.2025-ci il tarixli 8(025)-59/2025 saylı icra sənədi üzrə borclu Şəxs fərdi qaydada işləyib işləmədiyi, gündəlik qazancı olub olmadığı yoxlanılmamış, həmin hallarla bağlı məlumatlar protokolda göstərilməmişdir. AR İXM-ni 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər yuxarıda qeyd olunan məsələlərin yoxlanılmasından ötrü Qəbələ rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qəbələ rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar