Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-75/2026 22.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X4 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həmidli ülvi Səlimağa oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Naməd oğlu və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Saxa Respublikasında anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs Naməd oğlu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Naməd oğlunun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2026-cı il tarixli MN 2330535) tərtib olunmuşdur ki, o, Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabt pul məbləğində aliment ödəməsi barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 saylı və xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(054)-58/2025 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 1896 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs Naməd oğlu özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabt pul məbləğində aliment ödəməsi barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 saylı və xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(054)-58/2025 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənələri üzrə maddi imkanına uyğun olaraq natamam ödənişlər etdiyi üçün aliment borcu yaranmışdır. Hazırda ayağı sındığı üçün işləmir və bu səbəbdən alimenti ödəyə bilmir. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Naməd oğlundan xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(054)-58/2025 saylı icra vərəqəsinə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilmiş, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 üçün borclu Şəxs Naməd oğlundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 138126/2019-11 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Naməd oğlundan Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 nömrəli icra sənədi üzrə tələbi 10 (on) gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(054)-58/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e72001/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Naməd oğlundan Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(054)-58/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 5№13-13-89/2-24296 nömrəli məlumata əsasən xx.xx.1992-ci il təvəllüdlü Şəxs Naməd oğlu barəsində xx.xx.2025-ci il tarixdə 590273 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş məlumata əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-311/2019 saylı, xx.xx.2025-ci il tarixli 8(054)- 58/2025 saylı icra sənədləri üzrə Şəxs Naməd oğlunun 1896 manat borcu vardır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Naməd oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Naməd oğlunun barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Naməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 yanvar 2026-cı il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(5-137)-75/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-75/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver