Məhkəmə qərarları › İş №3(5-137)-84/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-84/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-84/2026 11.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxxx 1961-ci ildə Qəbələ rayonu Xırxatala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin 23 yanvar 2026-cı il tarixli xxxxxx nömrəli məktubu ilə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qəbələ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 21 yanvar 2026-cı il tarixdə Qəbələ rayonu Xırxatala kəndində 1(bir) ədəd Tula markalı, 16 kalibrli, tək lülə, yiviz, qundaq, bala qundaq və lülə nömrəsi T15120 olan, istehsal ili üzərində qeyd edilməyən, sənədsiz, qanunsuz saxladığı mülki ov tüfəngini gəzdirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə MN ******* nömrəli, 21 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin polis sahə rəisi X2 bildirdi ki, Şəxs 21 yanvar 2026-cı il tarixdə Qəbələ rayonu Xırxatala kəndində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1(bir) ədəd Tula markalı, 16 kalibrli, tək lülə, yiviz, qundaq, bala qundaq və lülə nömrəsi T15120 olan, istehsal ili üzərində qeyd edilməyən, sənədsiz mülki ov tüfəngini saxlamış və gəzdirmişdir. Həmin fakt üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ov silahı mərhum atasından yadigar qalmışdır. Həmin gün şəxsi təsərrüfatına məxsus heyvan itdiyindən vəhşi heyvandan qorunmaq məqsədi ilə silahı daışımışdır. Qanunsuz silah saxlamağına görə əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 21 yanvar 2026-cı il tarixli “mülki ov silahının götürülməsi və “Qanunsuz mülki ov silahının növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs bir ədəd, “Tula” markalı, istehsal ili üzərində qeyd edilməyən, 16 kalibirli, tək lülə, qundaq, bala qundaq və lülə nömrəsi T 15120 olan, yivsiz, qanunsuz mülki ov silahı götürülmüş və saxlanılması üçün növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd “Tula” markalı, istehsal ili üzərində qeyd edilməyən, 16 kalibirli, tək lüləli, qundaq, bala qundaq və lülə nömrəsi T15120 olan, yivsiz mülki ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Bir ədəd “Tula” markalı, istehsal ili üzərində qeyd edilməyən, 16 kalibirli, tək lüləli, qundaq, bala qundaq və lülə nömrəsi T15120 olan, yivsiz mülki ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin MTTBİ-nin Mərkəzi Bazasına (anbarına) təhvil verilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar