Məhkəmə qərarları › İş №3(5-138)-115/2026

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(5-138)-115/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(5-138)-115/2026 12.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Qobustan rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxxx 1968-ci ildə Şamaxı rayonu, Bədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Bədəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialı Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ: Qobustan rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 21 yanvar 2026-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla təqsirləndirilən şəxs Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olsa da, təqsirli bilindiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, barəsində bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizəsini nəzərə alaraq, amnistiya aktına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə Şəxs barəsində cinayət təqibinə, həmçinin iş üzrə icraata xitam verilməsi və Şəxs cinayət məsuliyyətindən azad edilməsi, toplanmış materialda Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Qobustan rayon prokuroru, ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş 12 fevral 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla fiziki şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qobustan rayon prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra zərərçəkmiş şəxslər X7 və X3 məhkəməyə birgə ərizə ilə müraciət edərək bildirmişlər ki, onlar Şəxs barəsində olan işə inzibati xəta kimi baxılmasına etiraz edirlər. Hesab edirlər ki, Şəxs əməllərində qəsdən adam öldürməyə cəhd əlamətləri mövcud olmuş, lakin ibtidai araşdırma düzgün şəkildə aparılmamışdır. Lakin nə polis, nə də prokurorluq tərəfindən iş üzrə qəbul edilmiş qərarlar onlara təqdim edilmədiyi üçün onlar həmin qərarlardan şikayət verə bilməmişlər. Xahiş edirlər ki, inzibati xəta haqqında material geri qaytarılsın. Zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştirak etməməsini də nəzərə almaqla, onların məhkəməyə ünvanladıqları ərizədə qeyd etdiyi dəlilləri araşdırmaq üçün məhkəmə inzibati xəta haqqında materialı toplamış Qobustan rayon prokurorluğunun əməkdaşından Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə aparılmış və 21 yanvar 2026-cı il tarixli qərarla icraatına xitam verilmiş ********* nömrəli cinayət işi materialının məhkəməyə təqdim edilməsini tələb etsə də, Qobustan rayon prokurorunun köməkçisi X5 hazırkı məqamda həmin cinayət işi materialının məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırda təqdim olunmuş materiallar işə tam, hərtərəfli və obyektiv baxılmasına kifayət etmədiyindən və natamam olduğuna görə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materialların natamam olması və işə baxılarkən onların tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Ona görə də məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Qobustan rayon prokurorluğuna geri qaytarılsın. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar