Məhkəmə qərarları › İş №3(5-138)-122/2026

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-122/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-122/2026 18.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X2 tərəfindən HK-1/21 nömrəli material üzrə qəbul edilmiş 10 fevral 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində CM-in həmin maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan İXM-in həmin maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qobustan RPŞ-nin İTB-yə göndərilməsi, Şəxs əməlində CM-in 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində CM-in həmin maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində 17 fevral 2026-cı il tarixdə İXM-in 227-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Zərərçəkmiş şəxs təklifi əsasında aralarında olan razılaşma əsasında sonuncunun adına 290 manat kredit pulu götürmüş, lakin Zərərçəkmiş şəxs kredit pul məbləğini geri qaytara bilməyəcəyini dedikdə, Şəxs həmin krediti özü qaytaracağını deyərək sonuncunu aldatmışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun bibisinin yoldaşıdır. Pul lazım olsa da, kredit götürə bilmədiyi üçün ona yardım etmək qərarına gəlmiş, buna görə də Zərərçəkmiş şəxs adına onlayn qaydada 290 manat məbləğində kredit götürmüşlər. Lakin Zərərçəkmiş şəxs bu məbləğin onun işi üçün kifayət etmədiyini, ona 500 manat lazım olduğunu, həmin pulu ödəyə bilməyəcəyini demişdir. Lakin aralarında razılaşmışlar ki, həmin pulun 30 manatını Zərərçəkmiş şəxs versin, qalan 260 manatı özünə götürsün, daha sonra krediti götürdüyü təşkilata özü ödəsin. O, həmin pulu qəbul etsə də, əvvəlcə hər hansı ödəniş etməmişdir. Sonradan Zərərçəkmiş şəxs oğlu məsələdən xəbər tutduğu üçün məsələ böyümüş, araşdırma aparılmışdır. Lakin hazırda o, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş, onunla barışmışdır. Ona görə də Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tamamilə ödədiyini, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirmiş, barəsində İXM-in 227-ci maddəsi ilə olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını bildirmiş, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə təsdiq edilir. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-in 39, 53.1.10, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İXM-in 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar