Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-173/2026 18.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, 20 avqust 1997-ci il təvəllüdlü, Şəki rayonu, Əliyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Aydınbulaq ərazi dairəsi, Əliyar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.1-ci, 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində İXM-in 327.1-ci, 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP7916875 nömrəli, 18 mart 2026-cı il tarixli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü Şəxs tərəfindən **-YD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı nəqliyyat vasitəsi idarə edilərkən Qobustan şəhəri ərazisində İXM-in 327.1-ci, 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X3 bildirdi ki, 17 mart 2026-cı il tarixdə, saat təxminən 22:00 radələrində Şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən yaşadığı Şəki rayonuna getmək istəyərkən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ilə kəsişməsində yerləşən dairədə deməsinə görə havanın dumanlı olması səbəbindən yolu itirmiş, dairədə manevr edən zaman yolun kənarında dayanmış “Opel” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra araşdırma aparılarkən Şəxs avtomobil idarə etmək hüququnun olmadığı müəyyən edilmiş, sonuncu da sürücülük hüququ olmadığını səmimi şəkildə etiraf etmişdir. Buna görə də Şəxs barəsində İXM-in 327.1-ci, 327.2-ci və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 mart 2026-cı ildə hadisə zamanı idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili lizinqə götürmüş, bunun üçün də Bakı şəhərinə getmişdir. Lakin özünün sürücülük vəsiqəsi olmadığına görə avtomobili idarə etmək üçün Səfər Rəhimovu da özü ilə birlikdə aparmışdır. Bakı şəhərindən avtomobili alıb Şəki rayonuna qayıdarkən yolda Səfər Rəhimovun yuxusu gəldiyinə görə yolun bir hissəsində avtomobili özü idarə etməyə başlamışdır. Onun avtomobili idarə etmək bacarığı olsa da, yolu tanımadığına görə Qobustan rayonu ərazisindən keçərkən “Nərimankənd dairəsi” adlanan ərazidə səhv çıxışdan çıxmış, bu zaman yaxınlıqda dayanmış bir taksi maşını ilə toqquşmuşdur. Nəticədə onun avtomobilinə və həmin taksi avtomobilinə də maddi zərər dəymişdir. Qeyd etdi ki, o, törətdiyi əməldən peşmandır, etdiyi əməli başa düşür. O, barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Cəbrayılov X1 Şöhrət Cövdət oğlu barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdə surəti olan BB910060 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-YD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 mart 2026-cı il tarixli daxili lizinq müqaviləsinə əsasən **-YD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsini "xxxx" MMC-dən lizinqə götürmüş, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan onu idarə etməklə X4 mülkiyyətində olan və X6 tərəfindən idarə edilən “Opel” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq ona maddi zərər yetirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Şəxs 17 mart 2026-cı ildə idarə etmək hüququnun olmamasına baxmayaraq, idarə etdiyi **-YD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi ilə Qobustan rayonu ərazisində hərəkətdə olarkən “Opel” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq ona maddi zərər vurmuşdur. Bununla da, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs də törətdiyi əməli təsdiq edir, öz təqsirini qəbul edir və səmimi peşmançılığını bildirir. Qeyd edilənlərə görə məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş nisbətən yüngül növdə inzibati tənbeh tədbiri olan 500 manat məbləğində inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 215.5, 221, 227, 229, 232-1, 244-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 279.2, 279.3, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363- 2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 457.3, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Ona görə də Şəxs İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X8 Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X8 Polis Bölməsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-173/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-173/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver