Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(5-138)-2/2026 07.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Şəxs (VÖEN: **********) barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 347-ci maddəsinə əsasən tərtib edilmiş İXP7710141 nömrəli inzibati xəta haqqında protokol ilə bağlı inzibati material daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-in 347-ci maddəsinə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə bildirir ki, İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilən inzibati xəta olduğuna görə onun törədilmə yeri fiziki şəxsin qeydiyyat ünvanı və ya hüquqi şəxsin hüquqi ünvanı hesab edilir. İnternet Vergi İdarəsindən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışdan da göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqi ünvanı ünvan 1dəsinə əsasən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 43, 109, 110, 112 və 118-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: Şəxs İXM-in 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-2/2026
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(5-138)-2/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver