Məhkəmə qərarları › İş №3(5-138)-27/2026

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-27/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-27/2026 07.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, xx xxx 1969-cu ildə Şamaxı rayonu, Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialı baxılmağa hazırlayan zaman, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon Polis Şöbəsindən Şəxs barəsində inzibati material daxil olmuşdur. İşdə olan inzibati xəta haqqında İXP7718637, İXP7718647, İXP7718664, İXP7718738, İXP7718745 və İXP7718753 nömrəli protokollarda Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi göstərilmişdir. Lakin inzibati xəta haqqında işin baxılmağa hazırlanması məqsədilə Şəxs barəsində məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanması zamanı müəyyən olunmuşdur ki, Şəxs 01 sentyabr 2020-ci ildə ölmüşdür. İXM-in 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyündən, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 53, 106, 109, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar