Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-29/2026 08.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxxx 1958-ci ildə Özbəkistan SSR, Daşkənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan şəhəri, X8 küçəsi, ev 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 590.2ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən HK-1/480 nömrəli material üzrə qəbul edilmiş 30 dekabr 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarla Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Vüsal Məmmədovun 22 dekabr 2025-ci il tarixli raportu əsasında aparılan araşdırmada Şəxs əməlində cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qobustan RPŞ-nin İTB-yə göndərilməsi, Şəxs aşkar edilmiş, 16 kalibrli, 279M4 nömrəli, “İJ-17” markalı tək lülə ov silahının AR DİN-nin MTTBİ-nin silah anbarına təhvil verilməsi üçün RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 590.2-ci maddəsi ilə 08 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs yaşadığı evdə tək lüləli ov silahını xüsusi icazə almadan sənədsiz halda saxlamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 bildirdi ki, Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən qəbul edilmiş 30 dekabr 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar onun icraatına daxil olmuşdur. Həmin qərara əsasən qərarın surətinin Şəxs İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qobustan RPŞ-nin İTByə göndərilməsi qərara alınmış və müəyyən edilmişdir ki, Şəxs hələ Özbəkistan Respublikasının Daşkənd şəhərində yaşayan zaman orada milliyətcə qazax olan bir şəxsdən tək lüləli ov silahı əldə etmiş, qaçqın kimi Azərbaycana gələrkən həmin silahı da özü ilə gətirmiş, Qobustan şəhəri, X8 küçəsində yaşadığı həyətdə əl damında saxlamışdır. Qeyd etdi ki, 21 dekabr 2025-ci il tarixdə Şəxs nəvəsi X2 həmyaşıdı ilə dalaşması barədə Qobustan RPŞ-yə 22 dekabr 2025-ci ildə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı profilaktiki söhbət aparılması məqsədilə Mustafa Kuryayev polis şöbəsinə dəvət olunub söhbət aparılarkən babası Şəxs məxsus fərdi yaşayış evində sənədsiz ov tüfənginin olduğunu bildirmişdir. Bundan sonra həmin məlumatın yoxlanılması üçün Şəxs evinə gedən zaman sonuncu da bu halı təsdiq etmişdir. Buna görə də onun barəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, keçən əsrin 80-ci illərində Özbəkistanda işləyən zaman bir şəxsdən 30 manat qarşılığında tək lüləli ov silahı almışdır. 90-cı illərdə qaçqın kimi Azərbaycana gəldikdə isə həmin silahı konteynerdə gətirərək həyətində əl damında gizlətmişdir. Lakin sonradan nəvəsi dalaşdığı üçün polis şöbəsinə çağırıldıqda onun telefonuna baxış keçirilərkən həmin silahın şəkli aşkar olunmuş, buna görə də onda bu cür ov silahının olduğu müəyyən edilmişdir. O, barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs törətdiyi əməli səmimi etiraf etməsi nəzərə alınaraq barəsində aşağı həddə inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materialları ilə müəyyən edilir ki, Şəxs həyətindən 01 ədəd “İJ-17” markalı, 279M4 nömrəli, 16 kalibrli tək lülə ov silahı aşkar edilmişdir. Lakin Şəxs həmin ov silahını əldə edib saxlamaq üçün hər hansı bir orqandan icazə almamış, bununla da İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Bunu nəzərə alan məhkəmə bildirir ki, Şəxs İXM-in 590.2-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ondan götürülmüş inzibati xətanın törədilməsində alət olan 01 ədəd “İJ-17” markalı, 279M4 nömrəli, 16 kalibrli tək lülə ov silahı müsadirə edilməklə 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ondan götürülmüş inzibati xətanın törədilməsində alət olan 01 ədəd “İJ-17” markalı, 279M4 nömrəli, 16 kalibrli tək lülə ov silahı müsadirə edilməklə 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilsin. İnzibati xətanın törədilməsində alət olan 01 ədəd “İJ-17” markalı, 279M4 nömrəli, 16 kalibrli tək lülə ov silahı Azərbaycan Respublikası DİN-nin müvafiq İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Qobustan rayon Polis Şöbəsinə və Qobustan rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İXM-in 590.2-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-29/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-29/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver