Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-37/2026 28.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 27 avqust 1979-cu il təvəllüdlü, Şamaxı rayonu, Ceyrankeçməz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 12 yanvar 2026-cı il tarixli, **********6643 nömrəli qərarı əsasında vergi ödəyicisi Şəxs (VÖEN: **********) məxsus AZ3700, Qobustan rayonu, Qobustan şəhəri, Bakı-Qazax yolunun yanı 91-ci km ünvanında yerləşən “Baytarlıq apteki” adlı təsərrüfat subyektində (obyekti) Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi” məqsədi ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisi Şəxs qanunla müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almadan baytarlıq preparatlarının satışı fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş və yol verilmiş qanun pozuntusu 12 yanvar 2026-cı il tarixli, DVX seriyalı 000401 nömrəli aktla rəsmiləşdirilərək Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən Şəxs İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 12 yanvar 2026-cı il tarixli MN ******* saylı protokolda göstərilir ki, operativ vergi nəzarəti zamanı Şəxs 15:20-də Qobustan rayonu, Bakı-Qazax yolunun yanı 91-ci kilometr ünvanında xüsusi xüsusi razılıq (lisenziya) olmadan baytarlıq preparatlarının satışı fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərarı əsasında vergi ödəyicisi Şəxs məxsus Qobustan şəhəri, Bakı-Qazax yolunun yanı 91-ci km ünvanında yerləşən “Baytarlıq apteki” adlı təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisi Şəxs qanunla müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almadan baytarlıq preparatlarının satışı fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş və yol verilmiş qanun pozuntusu aktla rəsmiləşdirilərək Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Araşdırma zamanı Şəxs bu fəaliyyət nəticəsində əldə etdiyi gəlirin 300 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, həqiqətən də, Qobustan şəhəri, Bakı-Qazax yolunun yanı 91-ci km ünvanında yerləşən baytarlıq obyektində baytarlıq preparatlarının satışı ilə buna dair müvafiq lisenziya almadan məşğul olmuş, bu fəaliyyətdən 300 manat məbləğində gəlir əldə etmişdir. O, ilk dəfədir ki, bu cür inzibati xəta törədir və əvvəllər belə bir hala yol verməmişdir. Hazırda inzibati xəta nəticəsində əldə etdiyi 300 manat məbləğində gəliri dövlət büdcəsinə köçürmüşdür. Buna görə də o, barəsində olan iş üzrə məsuliyyət azad olunmasını məhkəmədən xahiş edir. İşə əlavə olunan 27 yanvar 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən dövlət büdcəsinə 300 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş qəbzi ilə tanış olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 ödəniş qəbzi ilə tanış olub Şəxs əldə etdiyi gəliri həqiqətən də müvafiq hesaba köçürdüyünü təsdiq edərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavə olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 21.1 və 21.2-ci bəndlərində baytarlıq preparatlarının istehsalı və satışı lisenziya tələb olunan fəaliyyət növü kimi təsbit olunmuşdur. İXM-in 398-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən İXM-in 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs kimi inzibati xəta nəticəsində nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 48-51, 53, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-37/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-37/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver